Kitabların 90 faizini türk dilində oxuyuram. Öz dilimizdə mütaliəyə ehtiyac duyduq da isə sadəcə tərcümə olmayanlara üstünlük verirəm.
Ölümündən 5 ay öncə yazıb bitirdiyi kitabı elə Şıxlının qələmiylə tanışlığıma vəsilə oldu. Ümumi bir süjet xətti olmasa da(elə düşünürəm), hər fəsil günümüzdə də aktual olan qeyri-sağlam münasibətləri tənqid edirdi.
Mənə xoş gələn isə, evdə valideynlərimin öz valideynləri, qohumları ilə olan münasibətlərini kitabdakı obrazların əlaqələrindən anlamağın oldu. Hər zaman rəhmətlik nənəmin bütün qohumlar arasındakı ağsaqqal obrazını düşünürdüm. Deyirdilər ki, onun sözü qanun idi. Kitabda da Güllü nənə eynən belə idi və bunun sayəsində bir xanımın bir ailədə kişidən necə daha hörmətli olmasını anlamış oldum. Tək maraqlı gələn məsələ bu olmadı, çox idi, sadəcə sadalasam bitməz.
Ən çox da toxunan o dövrdə azad fikirli, inkişafa açıq insanların Sovet rejimiylə məhv edilməsi oldu. Ən ağırı isə buların Sovetin iti, küçüyü olmuş içimizdəki qeyrətsizlər tərəfindən edilməsi idi. Yolda Fətullayev kimi...
Bəyənmədiyim tək hissə, qəhrəman kimi verilən Çapıq Əmrahın elm öyrətmək eşqiylə yanan müəllimi öldürməsi oldu. Günahsızca...
Bunun ən azı el-obanın qəhrəmanı olan bir qaçaq tərəfindən edilməsi düzgün deyildi.
Sevə-sevə oxudum. Çox da sevdim. Çünki elmi şəkildə bildiyim tariximlə bədii şəkildə tanış olmuş oldum. Düşünürəm ki, xarici ədəbiyyatların bir çoxundan, xüsusilə insanların yerə-göyə sığdıra bilmədiklərindən daha əla idi.
Ölən Dünyamİsmayıl Şıxlı