Nezmin Şarlak

Nezmin Şarlak
Bu cəmiyyətdə qadın olmaq...
Bəs nə üçün o, böyüdükcə atası iztirablı görünür, anası həyəcanlı bir ürəklə başının üstündə titrəyir? Bunu duyduqca o, qəsdən insanlardan qaçır, tənhalığa meyl edirdi. Qəlbində isə başqa hisslər də baş qaldırırdı. Bu hisslər onu həyata çəkirdi. Qısıla-qısıla deyil, dik duraraq yaşamağa sövq edirdi. Yalnız ayaqlarının altına deyil, geniş üfüqlərə baxmaq, köks dolusu nəfəs alaraq, yaşamaq istəyirdi. Bunun isə çox çətin və bəlkə də, qeyri-mümkün olduğunu gördükcə nə edəcəyini bilmirdi.
Sayfa 24
Etimoloji Defteri
Mücellit Nedir ?
Bəlkə də, bütün bunları o, yuxuda görürdü: azad və xoş bir dünya! İnsan bütün varlığın ağasıdır, hakimidir. Üzlər səadət işığı ilə parlayır. Hər kəs sönməz bir həvəslə yaşamaq və yaratmaq istəyir! Nə aclıq, nə ehtiyac, nə də ümidsizlikdən qaralmış batıq gözlər var!
Sayfa 7
Puan vermedi·432 syf.··
2022 4. kitabı
·
29 saatte okudu
·
Okunma: 01 Nisan 2022 14:15
Nəcəf bəy Vəzirov, 1854-cü ildə bahar aylarında doğulmuşdur. Xəstəliyi səbəbi ilə məktəbə 12 yaşında başlamalı olan Nəcəf bəy Vəzirovun anasının tək istəyi oğlunu oxumuş bir insan olaraq görmək idi. İlk təhsilini dini məktəbdə alan N. Vəzirov daha sonra Şuşada yerləşən mülkiyyə məktəbində təhsilini davam etdirir. Lakin adı Mıkırtıç olan ve əslən erməni olan müəlliminin göstərdiyi fiziki və mənəvi şiddət nəticəsində bu məktəbi yarım buraxaraq Bakıya üz tutmuşdur. Burada təhsilini davam etdirən N. Vəzirov heç kimin köməyini qəbul etmir və öz əziyyəti ilə Bakıda yerləşən "realnaya gimnaziya" adlanan məktəbə qəbul olunur. Həmin vaxt o Həsən bəy Zərdabi ilə tanış olur və onun yönlendirməsi nəticəsində rus klassik əsərlərini oxumağa və təbiət elmlərini öyrənməyə başlayır. Həmin vaxtlarda (1873-cü ildə) o həyatında ilk dəfə rus teatrına gedir. Teatrdan çox təsirlənən Nəcəf bəy Vəzirov müəllimi Həsən bəy Zərdabidən soruşur: "Bizim dilimizdə teatr əsərləri ya məzhəkə və ya faciə varmıdır?". Həsən bəy Zərdabi isə ona Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasından bəhs edir. Nəticə etibarilə, N. Vəzirov öz dostları ilə birlikdə ilk dəfə olaraq bu əsəri səhnələşdirir. Hətta Mirzə Fətəli Axundov onlara məktub yazaraq təşəkkür etmişdir ki "Bu gün Hacı Qaranı səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız". Beləliklə, Qafqazda birinci dəfə "Hacı Qara" adlı əsərin səhnəyə qoyulması Nəcəf bəy Vəzirovun adı ilə bağlı olmuşdur. Daha sonra Nəcəf bəy Vəzirov Moskvaya gedir və Petrovski Akademiyasına daxil olur. Həmin dövrdə N. Vəzirov o qədər kasıb idi ki, üzərinə örtə biləcəyi bir yorğanı belə yox idi. O, bir palaza bürünərək yatdığı üçün ona "Dərviş" təxəllüsünü vermişdilər. Akademiyanı bitirən N. Vəzirov Gəncə quberniyası Dilican qəsəbəsində meşəbəyi olaraq işləməyə
Müsibəti-FəxrəddinNəcəf bəy Vəzirov · Kitab Klubu Nəşriyyatı · 2017202 okunma

Nezmin Şarlak

, bir kitap okudu
Puan vermedi·432 syf.··
29 saatte okudu
·
2022 4. kitabı
Nəcəf bəy Vəzirov
8.7/10 · 202 okunma
Vallah, deyirəm belə hərəkətlərə dürüst fikir verəndə, belə görünür ki, guya biz müsəlman tayfaların üstə göydən lənətnamə yenib ki, işığa çıxa bilməyəcəksiniz, həmişə zülmətdə qalıb, vəhşi nadanlıq gücü ilə birbirinizi tələf edəcəksiniz...
Sayfa 120·Kitabı okudu