Nigar Hasanli

Nigar Hasanli
@nigar_hp
100 kütüphaneci puanı
81 okur puanı
Nisan 2024 tarihinde katıldı
Ölənlə ölünmür,amma qalanla da yaşanmır...
10/10
·147 syf.··
Beğendi
·
2026 28. kitabı
Kitabı gənc yazarımız real həyat hekayəsi əsasında,məişət üslubunda qələmə alıb.Qısa zamanda oxuyub bitirdim. Yaşadığımız müasir dövrdə illərdir dəyişilməyən "Camaat nə deyər?" düşüncəsi Sürəyya ilə atası arasında ömürlük küsülülük yaratdı.Mahirin tərs kişi olduğu qeyd edilsə də,tək tərs o deyildi.Qızı Sürəyyaya da o tərslikdən keçdiyini düşünürəm. Zaman Sürəyyanın həyatında yaxşıya doğru dəyişikliklər yaratsa da bəzi məqamlarda tərsliyi xoşbəxtliyə çatmağını gecikdirirdi. Dünya və Xədicə kimi övladının xoşbəxtliyini düşünən,başqalarının balasını öz övladı kimi sevib sahiblənən xanımlar cəmiyyətimizdə çox olsun.
Ölənlə ÖlünmürKölgə · RF Nəşriyyatı · 202527 okunma
Reklam
Oxumağa dəyər
10/10
·96 syf.··
Beğendi
·
2026 23. kitabı
Çox rəngarəng və maraqlı məlumatlarla dolu bir kitab idi Axıcı kitab olsa da,hissə-hissə oxudum ki,məlumatları unutmayım. Hər bir xanımın həyat hekayəsini oxuduqca zamanın necə keçdiyini anlamırdım. 8 Marta uyğun-cəsur,ağıllı,savadlı,yaradıcı Xanımlarla dolu bir kitab.
8 Mart Dünya Kadınlar Günü
Cəsur Qızların KitabıKolektif · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20236 okunma
Pişik sevərlər oxuya bilər,sevməyənlər mütləq oxusun :)
10/10
·144 syf.··
Beğendi
·
2026 3. kitabı
Pişikləri sevənlər düşünür,"Görəsən,bu cür şirin varlığı sevməmək olar?" Sevməyənlər isə hələki pişiklə təmasda olmayıb demək ki..Olubsa da hirsləndirib,cırmaqla üzləşib :( bir gün pişiklərdən yenidən şans istəsinlər. Dünya uşaq ədəbiyyatı nümunələrindən biridir "Pişik qız Minus", ilk dəfə oxudum.Gözlədiyimdən çox daha maraqlı,öyrədici bir kitab idi.Xüsisilə də heyvansevərliyi aşılayırdı.Şiddətə məruz qalan pişikləri müdafiə edir,təbii kürkə qarşı çıxırdı.Həmçinin kitabda bir çox fərqli pişik obrazlarına yer verilib.Hamısı da ağıllı,hazırcavab. Kitabın çox gözəl tərcümə olunduğun düşünürəm.Oxuyarkən sanki kitabı birbaşa yazarın dilindən oxuyurduq.Uşaqlara və uşaqlığına qayıtmaq istəyənlərə oxumaq tövsiyə olunur.
Pişik qız MinusAnnie M. G. Schmidt · Qanun Nəşriyyatı · 093 okunma
Alisa(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠(⁠✿⁠ ⁠♡⁠‿⁠♡⁠)(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠✧⁠*⁠。
10/10
·160 syf.··
Beğendi
·
2026 2. kitabı
Bu kitabı ikinci dəfədir oxuyuram.Ona görə kitabla bağlı xatirəmi yazmaq istəyirəm :) Uşaqlıqda filmini izləmişdim.Alisa və yaşadıqları mənə çox fərqli gəlirdi. Elə qismət oldu ki,bu kitabı ilk dəfə 2018-ci ilin yayında Almaniyada oxudum.. Índi isə 2026-ci ildə təkrar və Alisa yenə məni öz möcüzələr ölkəsinə səyahətə apardı. Bu kitabı mənə daha da dəyərli edən bir xatirəm isə kitabı mənə Nigar xanım Köçərli hədiyyə edib <3 Öz Alisamla birgə dəfələrlə oxuyacağım bir kitabdır <3
Alisa Möcüzələr ÖlkəsindəLewis Carroll · Ali və Nino Nəşriyyat · 202428,5bin okunma
Fəlsəfəni əzbərləmə,anlamağa cəhd et
10/10
·360 syf.··
Beğendi
·
2026 1. kitabı
2026-nın maraqla sonlandırdığım ilk kitabı Uşaqlar üçün nəzərdə tutulub,böyükləri də özünə cəlb edəcək məlumatlarla dolu bir kitabdır. Həm bildiyim,həm də bu günə qədər heç eşitmədiyim bir çox bilgiləri oxudum.Tarixdən tut Riyaziyyata,Fizikaya və digər bir çox elmlərə aid çox şey öyrəndim. Hər abzasda ən azı bir vacib məlumatla qarşılaşırdım.
Uşaqlar Üçün Fəlsəfəİlqar Əlfioğlu · Qanun Nəşriyyatı · 09 okunma