Daha çox təcrübəsizliyindən istifadə et. Hər işə yeni başlayan şəxsin fikirləri də təzə olur. Həvəskar və qeyri-peşakərlar yeni ideyalara həmişə açıq olurlar. Onlar hər şeyi yoxlayacaqlar. İşlərin necə görülməli olduğunu bilmirlər və hələ müəyyən sabit metodlara yiyələnməyiblər. Onlar üçün “səhv” sözü yoxdur. Çünki nəyin “doğru” olduğunu bilmirlər.
Ekspert, mütəxəssis və ya peşəkar olmaqdan yan keçmək lazımdır. Onlar müntəzəm olaraq keçmiş təcrübələrinə əsaslanırlar. Keçmişdə alınan hər şeyi təkrar edir, biliyi təkrarlanan rituala çevirirlər.
Bundan əlavə, ekspertlər çoxillik təcrübələri olduğunu iddia edirlər. Əslində isə onlar birillik təcrübələrini illərlə təkrarlayırlar. Yeni metodları ekspertliklərinə təhlükə kimi gördükləri üçün ondan yaxalarını qurtarmağa çalışırlar.