Hər kəsi tanıyırıq. Hər kəsin ağlından nə keçdiyini, nə fikirləşdiyini bilirik. Özümüzdən başqa. Özümüzü bir fincan qəhvəyə qonaq edib, özümüzlə söhbət edib, özümüzlə tanış olmaq heç vaxt ağlımıza gəlməz.
Qorxu cəzadan dəhşətlidir, çünki cəza nəsə bir müəyyənlikdir, az, ya da çox, hər halda, qeyri- müəyyənlikdən, gərginliyin bu qorxulu sonsuzluğundan çox-çox yaxşıdır.