niloya

niloya
@niloyafar
46 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
Bir neçə söz...
Puan vermedi·420 syf.··
2022 7. kitabı
·
11 günde okudu
·
Okunma: 26 Ağustos 2022 17:53
Çoxdandı ruhumun belə bir kitaba ehtiyacı var imiş...Tam bir nəfəsə bitirmək istədiyim bir kitab, deyərdim sadəcə təkcə kitab yox daha çox şey. Bəzən özünü hansısa əsərdə tam olmasa da yarım parçalarda tapırsan, hisslərin tanışlığı qərarların verilməsi və ən əsası da qayğıların eyni olması...Ətrafında saysızca insan dolub boşalır, amma kiməsə aid ürəyində boşluq olarsa bunu dünya da gəlsə doldura bilməz. Məsumə olduqca güclü qadın obrazı yaradıb, həyatın ən çətin amansız günlərində belə göz yaşını əlinin arxası ilə silib mübarizə apardı. Bu mübarizə tanımadığı biri olsa asan olardı, bəlkə də, amma düşünəndəki burda sənin canından qanında olanlar var, sən bəzən ən mühüm qərarı belə onlar üçün unuda bilirsən. Bu qadın üçün çox şeylər demək olar, bir cümləyə sığdırsaq, həqiqətən, bu cür güclü qadınlar çoxdu, amma onu anlayacaq isə bu sayın tam əksidi. Onun sevgisi illər ötsə də, öz təravətin və məsumluğunu qorumuşdu, tale bəzən bizim düşündüyümüzdən ya çox qəddar, ya da hədsiz dərəcə həssasdır. Sonda isə Məsumənin dediyi kimi:"Sən mənim sevgimdən nə bilirsən axı? Füruğ demiş, mənim bütün yaralarım eşq yarasıdır"-deyərək sevgisini qəlbində basdıran bir qadına acıyaraq yekunlaşdırıram. Ps: Kitab haqda  daha çox danışmaq olar,mən çox qısa yazdım)
1000k
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,402 okunma
Reklam
Puan vermedi·288 syf.··
2021 63. kitabı
·
6 günde okudu
·
Okunma: 15 Haziran 2021 12:57
Əslində roman postmoderin nümunəsi kimi elə də pis deyil... Sadəcə əvvəldən tanıdığımız müqəddəs dərəcəyə belə çatdırdığımız toxunulmaz obrazlar var ki məncə onlar elə olduğu kimi qalsa daha yaxşı olar. Hansı ki onları sadəcə olduqları kimi və biraz da şişirdilmiş şəkildə qəbul etsək də sonuçda qəbul edilib və yaddaşa o cür hopub. Bütün eyhamları dağıdan yenidən yeni mif ərsəyə gətirilən bu əsər təsəvvürdə çox dərinlik, hətta şübhə belə yaradır... Amma yenə də çox marağlı və düşündürücü bir qədər də şablondan kənardır, bu cəhətdən bəyəndim.
1000Kitap
Yarımçıq əlyazmaKamal Abdulla · 2012122 okunma
Puan vermedi·295 syf.··
2021 35. kitabı
Yenə hansısa səbəbdən və problemdən dolayı sevginin olmadığı bir ailə faciəsi...İndinanı qınamaq əslində o qədər də doğru olmasa da ona haqq qazandırmaq da doğru olmaz ,amma özünü o obrazın yerinə qoyanda az da olsa anlamağa çalışırsan... Burada Ralf oxuduğum əsərlər içərsində ən səbirli aşiq rolunda və çox dözümlü birisi. Seçimin ən sonda Ralf olması məni sevindirdi, xoşbəxtlikləri uzun çəkməməsinə rəğmən...
Edebiyat
İndianaGeorge Sand · Qanun Nəşriyyatı · 2014105 okunma
Puan vermedi·128 syf.··
2021 28. kitabı
Mənim ən sevdiyim filosof-yazıçılardan biri... Çox gözəl əsərdi, insanın özünə və başqalarına necə yad necə hissiz olduğu mükəmməl bir şəkildə göstərilib. Mersonu sevməyim orda özmü tapmağımdı hər halda) Səni çəkib aparan obraz yenidən özünə qayıtmağda çətinlik yaratsa belə, şübhələrini darmadağın edir...
Felsefe
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020137,1bin okunma
Sadəcə möhtəşəm)
Puan vermedi·344 syf.··
2021 42. kitabı
Keçən il oxudum bu əsəri, amma yaddaşımda o qədər gözəl qaldı ki, və o qədər sevdim ki bunun haqda nəsə yazmadan keçə bilməzdim. Gənc yazarlarımızdan bu cür əsərlərin təqdimatı məni sevindirir. Hələ bir də belə bir möhtəşəm əsər ola... Kitabı bitirib bir neçə aylar hətta deyərdim illərlə onun təsirində qalmaq hər yazarın müvəffəqiyyəti deyil, amma bu əsər üçün bu belə az...)
Edebiyat
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017623 okunma
Reklam