Elmilik olmadan, elmə sevgi yaratmadan, elmi bilikləri mənimsəməyə həvəsləndirmədən nə elm mövcud ola, nə də alim insanlar yetişə bilər.Eyniliklə bədiilik olmadan, yaradıcı hissə qapılmadan, gözəllik tələbatı hiss etmədən sənət yarana bilməz.
Əvvəlcə elmilik, sonra elm
Əvvəlcə bədiilik. sonra sənət.
Hamı həyatda nə isə istəyir, amma özü heç nə vermək istəmir. Çoxları həyatda öz mənfəətini güdən parazit kimi yanaşır. Həyatın mənasını da elə parazitlikdə görürlər.