Elm sübutedir ki, siqaret əhval-ruhiyyəni yaxşılaşdırmağa xidmət edə bilməz. Nikotinin keyidici təsiri nəticəsində siqaret gərginliyə, sadəcə, ara verir. Bir sözlə, adam siqaret çəkəndə əhval-ruhiyyəsi yaxşılaşa bilər, amma çəkəndən sonra yenə stress başlayır. Belə çıxır ki, stressdən uzaq olmaq, özünü yaxşı hiss etmək istəyən adam siqaret damağında yaşamalıdır?! Perrot aşkar edib ki, siqareti atmaq stressin azalmasına aparıb çıxarır.