Nuray Dadaşova

Nuray Dadaşova
@nuraydadashova
3 okur puanı
Mart 2026 tarihinde katıldı
Puan vermedi·82 syf.··
Beğendi
·
2021 27. kitabı
·
29 saatte okudu
·
Okunma: 02 Temmuz 2021 17:42
Çox qısa bir incələmə Alman filosof bu kitabında cinsi münasibətləri öz fikirləri ilə şərh eməyə çalışıb. Kitabın bəzi yerlərində deyilənlərlə tam razılaşa bilmədim. Çünki söylənilən fikirlərin çoxu filosofun özünün də dediyi kimi nisbi xarakter daşıyırdı. Bununla belə 19 cu əsr üçün bu fikirlərin çıxması heyrətamiz sayılmalıdır. Və ən əsası kitabı oxuduqdan sonra bəzi sual doğuracaq məqamları ayrı ayrılıqda araşdırmaq fikrinə düşmək olur. Düşünürəm ki, bu da kitabın əsas təsir gücü sayıla bilər. Çalışaq suallarımızın cavabını tapmaqdan heç vaxt geri durmayaq.
Felsefe-Düşünce
Cinsi Sevginin MetafizikasıArthur Schopenhauer · Kosmo · 016,8bin okunma
Nuray Dadaşova isimli okura yanıt verildi
Nuray Dadaşova
EminEmin Nöqtə-vergülünə kimi bütün yazdıqlarınızla həmfikirəm.
Reklam
Puan vermedi·82 syf.··
Beğendi
·
2021 27. kitabı
·
29 saatte okudu
·
Okunma: 02 Temmuz 2021 17:42
Çox qısa bir incələmə Alman filosof bu kitabında cinsi münasibətləri öz fikirləri ilə şərh eməyə çalışıb. Kitabın bəzi yerlərində deyilənlərlə tam razılaşa bilmədim. Çünki söylənilən fikirlərin çoxu filosofun özünün də dediyi kimi nisbi xarakter daşıyırdı. Bununla belə 19 cu əsr üçün bu fikirlərin çıxması heyrətamiz sayılmalıdır. Və ən əsası kitabı oxuduqdan sonra bəzi sual doğuracaq məqamları ayrı ayrılıqda araşdırmaq fikrinə düşmək olur. Düşünürəm ki, bu da kitabın əsas təsir gücü sayıla bilər. Çalışaq suallarımızın cavabını tapmaqdan heç vaxt geri durmayaq.
Felsefe-Düşünce
Cinsi Sevginin MetafizikasıArthur Schopenhauer · Kosmo · 016,8bin okunma
Nuray Dadaşova
Kişinin təbiətcə qeyri-sabit olub, qadının sabitliyə daha meyilli olduğuna dair fikirləri var idi bu kitabda. “Bir kişinin sevgisi bir müddət sonra açıq şəkildə azalır. Demək olar ki, özünə məxsus olmayan hər qadın ona sahib olduğu qadından daha cəlbedici görünür. Kişi dəyişiklik arzulayır. Digər tərəfdən isə qadının sevgisi qarşılıq gördüyü andan etibarən artır.Bunun səbəbi təbiətin növün qorunmasını və mümkün qədər çoxalmasını hədəfləməsidir.Nəticə olaraq, kişi həmişə başqa qadınları arzulayarkən, qadın adətən bir kişiyə bağlanır çünki təbiət onu sezgisəl və şüursuz şəkildə gələcək uşaqların dəstəkçisi və qoruyucusu olmağa məcbur edir. Buna görə də evlilikdə sədaqət kişi üçün süni, qadın üçün isə təbii sayılır” Buradan açıq şəkildə görünür ki, öz dövrünün patriarxal dünyasını təbiət kimi təqdim edir. Müasir biologiya və antropologiyaya azacıq bələd olan biri bilir ki, insanın cinsi və romantik davranışı sabit instinkt deyil, sosial və ekoloji şərtlərə uyğunlaşan strategiyalar toplusudur. Çox sadiq kişilər də var, dəyişkən qadınlar da. Buna görə Şopenhauerin bu fikirlərini kiminsə həyat prinsipi kimi qəbul etməsi mənə absurd görünür. Elə təsir bağışlayır ki, həmin kimsə sadəcə öz davranışını fəlsəfi terminlərlə bəzəyib rasional göstərməyə çalışır. Bu arada oxuduğunuz kitablar və şərhləriniz möhtəşəmdir, çox zövq aldım oxuyarkən. Davamlı olması ümidilə🙌🏻