Nurcan

Nurcan
@nurcanusubova
On Zənci Balası
10/10
·256 syf.·
2024 30. kitabı
Kitabı indicə bitirdim və bitirən kimi də bu kitab haqqında nəsə yazmaq istədim. Kitab oxuduğum ilk detektiv janrında əsər idi. Açığı detektiv janrında olan kitablara qarşı biraz tərəddüdlü idim. Buna görə də kitabı bu qədər sevəcəyimi təxmin etməzdim. Kitabda olan həyəcan səviyyəsi əsərin əvvəlindən sonuna qədər öz gücündə qalır, azalmır. Kitabın sonu məni çox təəccübləndirdi. Bacardığım qədər diqqətli oxusam da, qatilin kim olduğunu təxmin edə bilmədim. Nə mən, nə də obrazlarımız. Bu cür diqqətlə, bütün incəlikləri düşünlürərək yazılmış bu kitaba heyran qaldım deyə bilərəm. Və kitabı oxuduqdan sonra kitabın üz qapağında yazılmış cümləni daha yaxşı başa düşdüm: "Hər şeyin göründüyü kimi olduğuna inanmaq axmaqlıqdır". Yaxşı ki, oxudum. Yaxşı ki, Agatha Christie dünyası ilə tanış oldum. Oxumayanlara isə şiddətlə oxumalarını tövsiyə edirəm. Vaxt ayırıb fikirlərimi oxuduğunuz üçün təşəkkür edirəm. Kitabla qalın...
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201443,7bin okunma