–Dilbər bacı, bizim bu dağlara gəlməyimizin, – dedi, – bir səbəbi var. O da Müşfiqin aşıq Kərəmə dönməsidir. Müşfiqi Kərəmdən ayıran cəhət odur ki, o, Əslinin dalınca hər yana tək gedirdi, bu isə utandığından məni də özü ilə gətirib.
Könlüm quşun itirmişəm, araram,
Görən budaqların harasındadır?
Gəlir qulağıma səsi, sədası,
Gözüm şairlərin arasındadır.
Mən heyran olmuşdum şirin dillərə,
Ürəyi bənzədi zərif güllərə,
Nəğmələr qoşardı bizim ellərə–
İndi də onların sırasındadır.
Yadımdan çıxmayır nitqi-nidası,
Müşfiq davranışı, Müşfiq ədası.
Ürəyində coşan şeir dalğası
Həyatın tufanlı dəryasındadır.
Dilbər Axundzadə