Nurcan

Nurcan
@nurcanusubova
1934-cü ilin martında bir oğlumuz oldu. Müşfiq onun adını Yalçın qoydu. Müşfiqin sevinci yerə-göyə sığmırdı. Sanki o, dünyaya gələn gündən özü ilə Müşfiqə qanad gətirmişdi. Təəssüflər olsun ki, Müşfiqin bu sevinci uzun sürmədi. Uşaq iki aylıq olanda birdən bərk xəstələndi, hərarəti yüksək olduğundan bütün gecəni və gündüzü süst düşdü. Bu bizim hər ikimizi sarsıtdı. Həkimlərin müayinəsi va müalicəsi heç bir fayda vermədi. Uşaq gözlərini son dəfa əbədi yumanda Müşfiq çığırtı ilə ağlayıb, fəryad qopardı...
Sayfa 142
Nurcan
🥀
Etimoloji Defteri
Mücellit Nedir ?
"Sənin gülüşlərin"
Qarşımda nazlanıb yеnə gülürsən, Bilsən gülüşlərin nəyə bənzəyir? Mən dеsəm artıqdır, özün bilirsən, Lalə yarpağında şеhə bənzəyir. Sənin gülüşlərin bir rüzgar kimi Əsərkən arzumun gülü açılır. Gülsə dodaqların ulduzlar kimi Ruhuma bir sərin işıq saçılır. Söylə, gözəllərin dodaqlarından, Bu oynaq gülüşlər umulmuşmudur? Sənin hər qəhqəhən ay kənarından Kеçən buludmudur, uçan quşmudur? Sənin gülüşlərin yaz səhərindən Hissimə, fikrimə sanki rəng alır. Gül ki, şеirlərim gülüşlərindən Qırılmaq bilməyən bir ahəng alır. Sən güldüyün zaman bu şad günümdə Açılır qarşımda, canlanır bahar. Bəzən başucumda, bəzən önümdə Şimşəklərim çaхar, sularım aхar. Cahan ki solmayan bir bağça-bağdır, Burda rəvamıdır gülmədən ölmək! Yazıq o şəхsə ki, qaraqabaqdır, Nə qədər yaraşır insana gülmək!
Sayfa 107
Nurcan
Yazıq o şəxsə ki, qaraqabaqdır, Nə qədər yaraşır insana gülmək! 🌷
Ah, o bulaq kimi qaynayan gözlər Gözəl təbiətin şeriyyətimi? Sən ki, bilməyirsən, bilənlər bilər, O gözlərə olan məhəbbətimi?
Sayfa 77
Nurcan
✨️
Mən ki, bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı?! Dünyaya sığmayan şair könlümü, Köksümdən çıxarıb oynatmadınmı?!
Sayfa 65
Nurcan
🥹