Şəxsi düşüncələrim
Sizcə cənnət və cəhənnəm haradır, necədir, nəyə bənzəyir? 7 mərtəbə yuxarı, 7 mərtəbə aşağı, mələklər, şeytanlar, sehrli ağaclar, alov ya nə? Sizcə Allah insanları günah və savabları üçün cəzalandırmaq və yaxud mükafatlandırmaq üçün neçə qatlı məkan mı yaradıb? Məncə yox. Cəza və mükafat mexanizmi biz özümüzük, daha doğrusu daşıdığımız bir şey. Vicdan! Heç kim 100% yaxşı və ya pis deyil. YinYang pisliyin içində yaxşılıq və yaxşılığın içində pislik. Ən kiçik günahınızda ağırlaşan vicdanınızı və ən kiçik sabahda yüngülləşən ruhunuzu düşünün. Cənnət də cəhənnəm də vicdanımızdır. Ona görə çətinliyə düşəndə ilk vicdanımızı qorumağı öyrənməliyik. Bu dünyada cənnəti də cəhənnəmi də yaşamaq öz əlimizdədir. Günahkarlar vicdanları ilə cəzalandırıldılar bəs məzlumların yaşadıqları nolacaq?! Çox qorxulu bir yuxu gördüyünüzü düşünün. Başınıza ağır şeylər gəlir. O yuxudan oyanırsınız bəzən heç xatırlamırsınız da. Bax belə. Ölmək son deyil, başqa bir dövrün başlanğıcıdır. Və həmin məzlumlar da digər dünyada daha geniş bir ruh, daha açıq bir beyin və anlama qabiliyyəti ilə mükafatlandırılırlar. Və güclü iman, ruhun aydınlıq və azadlığı çox vaxt böyük bir çətinlikdən sonra gəlir.
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Aqşin Evrən - Əlvida... Darıxıram
Susanda ən yaxşı "unutmaq" susar Bir nəhəng, yaşılgöz, vəhşi darıxmaq Səni otağının küncünə qısar Bəlkə, xəstəlikdi darıxmaq hissi Bu böyük ağrıyla yaşamaq yox e, Vallah, ölmək pisdi... ölmək də pisdi... Köhnə məktubları açıb baxarsan Gəlib kirpiyinə duzlu göz yaşın Özünü məktuba atar beləcə Onun hədiyyəsi - gümüş boyunbağı Səni darıxmaqdan asar beləcə İçinə daş alıb susar sol yanın Baxıb əllərinə donub qalarsan: "İlahi, bəs onun əlləri hanı?" Baxarsan rəsminə: "Əcəb yaşlanıb Özünə baxmır heç, kökəlib bir az Deyəsən, xəstədir lənətəgəlmiş İnşallah bu ilə salamat çıxmaz" Sonra eşidərsən qohum-tanışdan Deyərlər "keçmişin" yaman xəstədi. Sən də deyinərsən dodaqaltında "Məni başa düşdük, it zülmü verdin Ay Allah, bəs ondan sən nə istədin?!" Ovcunda qırışar xatirələrin İndi dözə bilsən, döz əllərinə Təsəlli verərsən öz əllərinə:
Şiir
28 Mayıs
Məni də unutma, bilim ki, kimsə də sağdır, Ölmək sevdiyin insanlar tərəfindən unudulmaqdır. youtu.be/fipCh2kRGLk?si=...
Müzik
Sənə çox qəribə gələr bu nəğmə, Məni ilk dəfədir tutqun görərsən. Hər vaxt baharımda dolanmısan sən, Hələ payızımda gəzinməmisən. Sən elə bilərsən çiskinə, qara Ən uca zirvələr bürünər ancaq Sən elə bilərsən gedən qatara, Hər vaxt gecikənlər yüyürər ancaq. Gah elə bilərsən günahkar mənəm, Gah elə bilərsən günah səndədir. Hərdən hönkürərsən uçdu əlimdən, Hərdən hıçqırarsan yox, mənimlədir. Yazmasam, susubdur, ölübdür demə, Yaraşar şairə ölmək, dirilmək. Gün gələr bitməmiş şeirlərimə, Yağar gözyaşları qafiyələrtək... Vahid Əziz
Şiir
Xoxşbəxt yatmaq lazımdır əzizim Yuxu ölum yarısı sayılır Xoşbəxt ölmək lazımdır Hər gecə...