Çox insan bəyənməsə də, mən daha çox yeni yazarlarımızın əsərlərini oxumağı sevirəm. Bu dəfə Amid Səlimoğlu-nun kitabları qarşıma çıxdı. Təəssüf ki kitablar çapda yoxdur. Amma çapa çıxmaq üçün çox düzəliş edilməlidir kitabda, əsasda qısa məzmun və orfoqrafik səhvlər. Deməli, kitab süjeti çox maraqlıdır, oxuduqca oxumaq istəyirsən. Amma pis bir məqam var, süjet anidən dəyişir, mənasız bir hal alır, kaş belə olmazdı. Bəlkədə yazar ilk əsərləridir deyə çox uzatmayıb. Ən maraqlı anda kitab mənasız hal alır. Həmdə kitab sanki yarımçıq sonlanır, tam dərk etmək olmur olanları. Məsələn Rafael bəy niyə vacib məsələdə ani qərarlar verib heçkimə demir, hamıda onunla razı olur. Nəysə. Amma gözəldir bəyəndim, oxumağa dəyər. Xoş mütaliələr!