Borxes aydınlığın da nə olduğunu bilirdi, qaranlığın da, korluğun da, görməyin də və sonsuzluqla əlaqə qurmaq üçün görməkdən başqa da yolların olduğunu da.
... Çaula bizə göz müayinəsini dəqiq və asan bir dillə anlatmışdı. "Ümumilikdə oftolmologiya mistisizm ilə gündə dörd dəfə göz damcısı tökmənin qarışığı kimi anlaşılır", demişdi.
Borxes Keplerdən əxz etdiyi bilgilərdən yola çıxaraq dünyanı "yatarkən və oyaq vaxtı alıb-verdiyi nəfəsi dənizdə dalğalanma yaradan" nəhəng bir "kürə" olaraq təsvir edir və səthindəki hər bir nöqtə kürənin mərkəzindən eyni uzaqlıqda olduğu üçün kürənin ən bəsit, ən gözəl və ən ahəngli forma olduğunu yazırdı.