Sonsuz genişlənən boşluq

Sonsuz genişlənən boşluq
Vücudun gözəlliyi
Puan vermedi·296 syf.··
2023 28. kitabı
·
46 günde okudu
·
Okunma: 15 Ağustos 2023 20:48
İndiyə kimi ən gec oxuduğum kitablardan biridir, buna səbəb kitabın maraqsız olması deyil. Öz işimlə əlaqədər olaraq kitabı oxumağa çox vaxtım qalmırdı. Səhər xəstəxanaya girib, ağır keçən iş günündən sonra evə gəldikdə, kitab oxuyacaq qədər enerjim qalmırdı. Kitab çox maraqlı və tibb sahəsi ilə əlaqəsi olmayanların belə oxuya biləcəyi bir kitabdır. İnanıram, bu sahə ilə əlaqəsi olmayanlarda, tibbə maraq yaradacaq, əlaqəsi olanların isə şəxsi təcrübəsində istifsdə edə biləcək qədər lazımlı bilikləri insana qatır. Şəxsən mən, öz şəxsi təcrübəmdə bu kitabdan əldə etdiyim bilikləri istifadə etdim və faydasınıda gördüm. Bu şah əsər, insan vücuduna yalnız tibbi deyil , həm də fəlsəfi cəhətdən yanaşmağı öyrədir. Bədənimizin necə möhtəşəm bir yaradılış olmasını bizə hər yolla sübut edir. Hər kəsin oxumalı olduğu bir kitabdır.
Popüler Bilim
İnsan Vücuduna SəyahətGavin Francis · 201762 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·376 syf.··
2023 13. kitabı
Elxanın digər kitabları kimi axıcıdır. İnsanı özünə məhkum edib, oxumağa məcbur etməsi. İstəsəniz belə bitirməmiş ayrıla bilməyəcəyiniz bir kitabdır. Yalan danışmağa fərqli bir bucaq altında baxmağı öyrədən bu kitabın məncə davamı gələcək. Kitabın son cümlələrindən, ikinci hissənin bir gün bizimlə birlikdə olacağını deməyə əsas verir
Roman
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019882 okunma
Puan vermedi·244 syf.··
2023 6. kitabı
·
4 günde okudu
·
Okunma: 02 Temmuz 2023 00:11
Kitab çox axıcı və insanı düşündürən tərzdə yazılıb. Dəfələrlə oxumağıma baxmayaraq hər dəfə ilk səhifəsini açanda maraqla sonunu gözləyirəm. Kitab insana "gəl-gəl" deyie. Müasir Azərbaycan ədəbiyyatının mənim üçün ən dəyərli kitablarından biri ola bilər. Pulun insan psixologiyası üzərində olan təzyiqi və bunun şəxslərə görə necə dəyişdiyini mükəmməlcə izah edir. Pulun hər zaman xoşbəxtlik gətirmədiyini, xoşbəxtliyi özümüzün yaratmalı olduğunu və bu xoşbəxtlik altında əzilməməli olduğumuzu izah edir. Təşəkkürlər, Elxan.
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,492 okunma