Uzun müddətdir oxumağı ertlədiyim, vaxt olmadığı üçün bir neçə dəfə yarımçıq qoyub sonra yenə qayıtdığım o məşhur Oblomov:
Kitabın ilk 200 səhifəsi boyunca yataqdan qalxmayan, günboyu yatan, zadəgan ailəsindən olan Oblomovu 200 səhifə sonra yataqdan qaldıran nə ola bilərdi? Əlbəttə ki, saf və ülvi hisslər- məhəbbət!
Əsərin mənim üçün çox axıcı getməsinin səbəblərindən biri də bu əsəri Jack Londonun “Martin İden” əsərinə bənzətməyimdir. Martin İden daha aşağı təbəqədən idi, amma onun da həyatını dəyişdirən eyni motiv deyildimi? Düzdür, hər ikisinin idealları müxtəlif idi. Martin İdeni Martin İden edən də bu deyildimi? Martin İden həyatının mənasızlaşdığını deyib həyatını özü bitirir, amma şöhrətin o nöqtəsinə gələnəcənki yol məhəbbətin səbəb olduğu təkamül deyildimi?
Oblomov da əsərin hardasa 30%-də yerindən tərpənmir, amma onu silkələyən, yataqdan çıxmasına səbəb də eyni motiv olmadımı? O hər şeyə ərinərkən belə hisslərin baş qaldırması ancaq bu motivin qüdrəti hesabına baş tuta bilərdi
Sevgi hekayələri heç də sonu hər zaman müsbət bitmir, Martin İden Rutha qovuşmadı, Ruth çabaladı amma hisslər tükənmişdi artıq. Oblomov da Olqaya qovuşmayacaq deyə görünür, amma hər ikisinin məğzində eyni element var idi-sevgi..