Pakizə Aydın

Pakizə Aydın
@pakiza_aydin
Puan vermedi·72 syf.··
Beğendi
·
2025 1. kitabı
2025-ci ilin ilk kitabı olduğu üçün kiçik həcmli bir kitab seçdim ki,tez bitirib motivasiyam artsın. Amma gözlədiyim kimi heç rahat və sürətli oxuya bilmədim. Kitab qısa olsa da baş qəhrəmanın hisslərini bütün incə ayrıntılarına qədər bizə çatdırır. Baş qəhrəmanın iç səsini oxuyarkən əslində biz özümüz də çox düşünürük, onunla birlikdə nəyin doğru nəyin yalnış olduğunu aydınlaşdırmaq istəyirik. Əsərdə hər hansı bir süjet xətti yoxdur və ya hər hansı bir hadisə baş vermir,ona görə də yavaş gedir və insanı bir az yorur.Kitabda sevgiliyə qarşı hiss edilən qısqanclıq aydın şəkildə izah edilir. Amma qəhrəmanımız bu hissi qəbul etmək istəmir. Çünki hiss etdiyi qısqanclıq eşqdən doğan bir hiss idimi yoxsa qısqanclıqdan sonra Albertine qarşı bir hisslər bəslədiyini anlaya bilmirdi. Qısacası içində bir mübarizə aparırdı. Ən qəribəsi isə savaşı özü ilə idi. Kitabı tam bəyəndim deyə bilmərəm ,bir az sıxıcı idi mənim üçün. Sizə isə xoş mütaliərrrrr Kitabla qalın
1000Kitap
KıskançlıkMarcel Proust · Can Yayınları · 20202,665 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Stefan Zweig "Gömülü Şamdan"
Puan vermedi·120 syf.··
2023 3. kitabı
Süleyman peyğəmbərin məbədindən çıxan, yəhudilərin müqəddəs əmanəti olan 7 qollu şamdanın 455-ci ildə Romanı yağmalayan vandalların əlinə keçməsi , yəhudilər üçün böyük bir bədbəxtlikdir. Yaşlılar,olanların şahidi olaraq onu gələcək nəsillərə ötürsün deyə 7 yaşında olan Benjamin adlı bir uşağı da yanlarında aparıb müqəddəs şamdanın əllərindən yox olmasını izləməyə gedir,şamdanı bir növ yola salırlar. Aralarında cəsur davranıb,şamdanı arabadan almaq istəyən Benjamin bir qolunu itirir. 80 il sonra Benjaminə şamdanı geri qaytarmaq üçün imperator İustinlə görüşməyi tapşırırlar. Lakin imperator onu ələ salaraq rədd edər bu istəyi. Benjamini kəndində olan insanlar da önəmli sayıb onun yolunu səbirsizliklə gözləyərlər. Əliboş gəldiyini gördükdə isə ona qarşı münasibətləri dəyişər. Benjamin bu davranışdan çox üzülər və hətta özünə ölüm arzulayar. Amma onun tanış olduğu biri onun və şamdanın taleyini tamamilə dəyişər. Şamdanın yerini indi yalnız tanrı və Benjamin bilir. Maraqlı,fərqli abu havası olan bir kitab idi. Zveyqin də yəhudi olduğunu nəzərə alarsaq tarix boyu yəhudilərin nələr çəkdiyini bizə çatdırmaq istəyib.Zveyqi hər kitabda fərqli kəşf etmək möhtəşəm bir hissdir. Oxumağa dəyər bir kitab idi. Xoş mütaliələr... Kitabla qalın
Gömülü ŞamdanStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202217,9bin okunma