Kitabı ilk dəfə 9-cu sinifdə oxumuşam. Hadisələri unutduğum üçün yenidən oxumaq qərarına gəldim. Kitabı oxuduqca insanların ən yaxınına və ya uzaqdan əlaqəsinin az olduqlarına belə bilmədən və ya bilərək necə xəyanət etməsi insanı çox təəccübləndirir. Bir tərəfdən isə dünyaya baxışını fərqləndirir. İnsanın öz yaxınından (dostundan, həyat yoldaşından) aldığı xəyanət isə onu sözlərlə ifadə etmək çox çətin olardı mənim üçün ama kitabda çox gözəl açıqlanıb. Kitabda həm insanlara güvənməmək həm də ən yaxınından gələn sədaqət öz əksini çox gözəl tamamlayıb. İnsanlardan çox heyvanların nə qədər sədaqətli canlı olmaları vurğulanıb. Kitabı çox həyəcanla oxudum həm bitməsini istədim sonunu öyrənmək üçün həm də bir o qədər bitməməsini. Bir sözlə kitab insana çox şey öyrədir və çox gözəl təsirlər bağışlayır.