Yox, yox, o mәnim işim deyil. O, igid işidir. Siz tәk camaatın da igidi mәnim tәk olar. Hәlә mәn heç. İndi görәk siz kimsiniz? Mәnim adım kefli İskәndәrdir; bә sizin adınızı nә qoyaq? Mәn dağları, daşları, quşları, fәlәklәri, ayları, ulduzları vә dünya-alәmlәri bura şahid çәkәrәm vә bu qızları onlara nişan verәrәm, soruşaram ki, bu camaata nә ad qoymaq olar? O vәdә hamısı bir sәslә cavab verәr: "Ölülәr". Mәn cәmi millәtlәri bura yığıb tәvәqqe edәrәm ki, Şeyx Nәsrullahın hәrәmxanasına tamaşa elәsinlәr; o vәdә bütün yer üzünün tayfaları sizi bir sәslә adlandırarlar: "Ölülәr!" Vә bizdәn sonra gәlәnlәr illәr uzunu sizi yada salıb bir sәslә deyәcәklәr. "Ölülәr"...