Dennetin Şüur manifesti...
Puan vermedi·191 syf.··
2025 40. kitabı
·
7 günde okudu
·
Okunma: 10 Aralık 2025 08:46
Ağlın Arxitekturası: Niyə Bəzi Canlılar Daha “Ağıllıdır”? Daniel C. Dennet "Ağlın növləri" Ağlımız varmı, ağlın növləri olduğunu bilirdinizmi...?! Bizi digər canlılardan fərqləndirən əsas cəhət şüurumuzdur, amma bu canlılardada, şüur varsa, bizi fərqləndirən nədir...?! Fəlsəfəçi Daniel Dennet ilə ağlın növlərini kəşf edib, bir ağlımız olduğuna necə əmin ola bilərik suallarına bərabər cavab tapacağıq. Dennetdən oxuduğum ilk kitab idi. Bəyəndim, Dennet'in kitablarını davamlı oxumağı fikirləşirəm. Terminlərin hədsiz çoxluğu yora bilər sizi, kitab səbir tələb edir. Yazıçı vurğulayır ki, bəzi makromolekullar (DNT və RNT) münbit şəraitdə öz-özünü kopyala bilir və bu molekullar ağıllı deyillər, canlı da sayılmırlar. İnsan ağlının və davranışını ən uzaq kökü, öz -özünü kopyalayan bu molekullardır. Dennet bu can alıcı fərziyyəni vurğulayır: "Bizim Ulu nənəmiz robotlardır" Bir varlığın düşünməsi üçün müəyyən anlayışlara və bu anlayışlar sistemi arasındakı əlaqələrə sahib olması lazımdır. İnsanlar bunu asanlıqla edə bilir, bəs heyvanlar. Onlardamı, belə sistematik anlayışlara malikdir..?! 21-ci əsrə yaraşan bir düşüncə axını var kitabda: Fəlsəfə, genetik biologiya, süni intellekt, robotika, neyrobiologiya və s. Biz başqa insanların düşüncələrini bilsə idik nə olardı...?! Bu sual mənə hal-hazırda izlədiyim "Plur1bus" serialını xatırlatdı. Botlara duyğu sistemləri, düşünmə bacarığı yüklənsə, insan zehninə məxsus xüsusiyyətləri göstərə bilərlərmi..?! Ən aktual mövzulardan biridir və texnologiyanın sürətli inkişafının bizi hara aparacağı sual altındadır. özünü təkmilləşdirən, davamlı öyrənən, öz qərarlarını əsaslandıra bilən, dünya haqqında kompleks modellər quran ,süni zehinlər yaranmağı bəlkə uzaq gələcəkdə deyildir. Süni ürək yaratmaq mümkün olduğu kimi, süni ağılda
Felsefe
Aklın TürleriDaniel C. Dennett · Varlık Yayınları · 199961 okunma