Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

niggaa.r

420 syf.
10/10 puan verdi
·
6 saatte okudu
"Nə birinci idim, nə sonuncu, nə də oğlan..."
Mən ilk dəfədir inceleme edirəm, çoxdandır istəyirdim hansısa kitab haqqında inceleme edim lakin xüsusi bir kitabla başlamaq istəyirdim. Sonunda bu kitab bütün zəncirlərimi qırdı. Kitabla ilk tanışlığım illər öncə idi, bacım mənə tərifləmişdi (azdan-çoxdan danışmışdı da) , spoiler yediyim üçün oxumaq istəmirdim, bir tərəfdən də istəyirdim. Yenə də cəsarət ədib oxumurdum çünkü, ağır olduğunu bilirdim. Nəhayət oxumaq qərarına gəldim. Kitab haqqında sözlərimə keçsək, sadecə möhtəşəmdir deyə bilərəm. Kitabın hər cümləsi o qədər tesirli, o qədər dərin idi ki, hər dəqiqə göz yaşlarım axırdı. Mənim üçün kitabın ən önəmli xüsusiyyəti axıcı olmasıdır. Aftobioqrafiya olmağına baxmayaraq çox axıcı idi. Gecədən səhərə kimi yorulmadan və həyəcanla elə oxudum ki, heç bilmədim nə zaman bitdi. Gərəksiz cümlələrlə, yersiz hadisələrlə insanı yormur, rahat, asan başa düşülən cümlələrlə yazılıb. Fikrimcə elə bir insan ola bilmez ki, oxuyub duyğulanmasın, xüsusiyle de bir qadın olaraq... Nəinki İranda, bütün dünyada da qadın olmaq zəhmətli və çətindir. Kaş ki, bütün cahil toplumlar, qadınları kişilerden aşağı görən, onlara zülm edən, aşağılayan, cinsi ayrıseçkilik edən hər kəs bu kitabı oxusa... "Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb..."
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,550 okunma