Fyodor Dostoyevski anlayır, Franz Kafka onun anladığını yaşayır. Ən sevdiyim psixoloq- Dosteyevski, ən sevdiyim psix-Kafka. Psixin ən sevdiyi Psixoloq, Psixoloqun görüşə bilmədiyi psix. Hər ikisinin xəstəsi olan xəstələr. Dosteyevski acı çəkən insanları anlamağı, Kafka acının özünü izah edir. Dosteyevski insanı çürüdən məfhumları yazır, Kafka'm yaşayır.. 03:13
Mən inana bilmirdim ki, nə vaxtsa özümə bu qədər yaxın insanlarla tanış ola bilərdim. Özü də Azərbaycanda. Elə bilirdim ki, Azərbaycanda, ümumiyyətlə, mənim kimi düşünən yoxdu. Ona görə qaçıb getmək istəyirdim. Amma bu kiçik zalda, mənim kimi ən azı 30 nəfər var idi. Ən azı 30 nəfər mənim kimi psix, həyatdan bezmiş paranoikdir.