Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
İnsanlar indi faciə olmayan hər şeyi xoşbəxtlik adlandırırlar.
Bir yerin ki adı "xəstəxana" oldu, bu nə deməkdir? Yəni ki, içindəkilər xəstədir. Xəstə olmasan belə "xəstə" xanasında olduğun üçün xəstələnəcəksən. Bir yerin ki adında ümidverici heç nə yoxdur, oradan necə sağlam adam çıxsın? Bu lap ağır xəstələri qəbiristanlığa aparıb orada əməliyyat etmək kimi bir şeydir. Yazıq xəstə elə qəbirlərə baxan kimi keçinər.
Reklam
Bəlkə də Benjamin Franklin elə pulun əsl simasıdır. O simada iki bir-birinə zidd adam var. Bir tərəfdən Franklin qüdrətlidir. Yəni dünyanı idarə edənlərdən biridir. Digər tərəfdən o, qoca köləyə bənzəyir. Ona görə yəqin pul kimlərinsə qulu, kimlərinsə sahibidir. Franklin isə hər bir adamın gözlərinin içinə baxır. Çünki o bilmək istəyir, sən onun qulu olacaqsan, yoxsa o sənin. Ona görə birinə baxanda qəmlənir, digərinə baxanda gülümsəyir. Sən əgər onun gülümsədiyini hiss etdinsə, vay halına!
İndi o başa düşürdü ki, bütün əzablara səbəb olan dünya hakimlərinin şkaflarında hansısa bir qara çamadan var. Və əsas səbəb onların qəddarlığı yox, bu çamadanın sirləridir.
İnsanlar anlamırdılar ki, hər il dərisini dəyişən ilanlar kimi necə sürünürdülərsə, eləcə də sürünməyə davam edirlər. Biz hamımız tanımadığımız fironların könüllü qullarıyıq və görmədiyimiz ehramlara daş daşıyırıq.
Çox qəribədir, kasıb adamlar qol saatından daha çox istifadə edirdi. Elə bil kasıblar daim hansısa bir vaxtı gözləyirlərmiş. Amma varlıların saata o qədər ehtiyacı olmurdu. Onlar əksinə saatdan uzaq olurdular. Çünki saat onları ölümə yaxınlaşdırır, arzularına yox. Arzularına onlar çoxdan çatıblar. İndi tələsəsi heç nə yoxdur. Təki zaman dayansın, ölüm geciksin. Bəlkə də ona görə varlılar antikvar şeyləri sevir, divarlardan zamana qalib gəlmiş ölməz rəsm əsərləri asırdılar.
Reklam
Kərəm bilirdi ki, yaxşı insanlar və pis insanlar yoxdur. Sadəcə biri o birini məhv edir ki, özü xoşbəxt olsun. Bu, həyatın qanunudur.
Gözəl pəncərə təkcə şüşənin təmizliyidən yox,həm də mənzərədən asılıdır.
“İnsanlar sadə deyil, mürəkkəb cavab axtarırlar. Onlar o qədər öz qorxaq yalanlarında dolaşıblar ki, həqiqətin sadəliyini qəbul etməyə cəsarətləri çatmır.”
Reklam
“ "Sözə baxan" insanlar heç vaxt söz sahibi olmur və ömürlərinin sonuna kimi başqalarının dediyi sözlərə baxır və onlara görə hərəkət edirlər.”
Əgər yenə köhnə cızma-qaraları çəkəcəkdinsə,onda ağ vərəqdən başlamaq nəyə lazım idi.
Axı biz insanların içi kin və paxıllıqla doludur, özümüzdən yaxşı adam gördükdə belə içdən fikirləşirik ki, biz ondan yaxşıyıq, biz ondan gözəlik.
Heç xoşum gəlmirdi Bakının küləyindən. Nəyindən xoşum gəlirdi ki, küləyindən də gəlsin.
Nə yaxşı ki, insanlar hər şeyə öyrəşə bilir. Yoxsa onların yarıdan çoxu ağlını itirərdi.
Geri199
1.500 öğeden 1.486 ile 1.500 arasındakiler gösteriliyor.