Karbala
Kərbəla mənim üçün sadəcə bir şəhər deyil, qəlbimdə xüsusi yeri olan, ruhuma toxunan müqəddəs bir məkandır. 2019-cu ildə o müqəddəs torpaqlara ayaq basmaq mənə nəsib oldu. O gündən bəri Kərbəlanı xatırladıqca qəlbimdə izahı çətin olan duyğular canlanır. Orada hiss etdiyim mənəvi ab-hava, insanların sevgisi, dualar və müqəddəs məkanların verdiyi hüzur tamam başqa idi. İmam Hüseyn əleyhissəlamın şücaəti, haqq uğrunda göstərdiyi misilsiz fədakarlıq, zülmə boyun əyməyən əzmi və Allah yolunda hər şeydən keçməsi məni həmişə heyran edib. Onun həyatı mənim üçün ədalətin, səbirin, ləyaqətin və iman uğrunda mübarizənin ən gözəl nümunəsidir. Hər il Məhərrəm ayında olduğu kimi, bu il də İmam Hüseyn əleyhissəlamın müsibətinə əza saxlayır, Kərbəla müsibətini xatırlayaraq kədərlənir və qəlbən onun dərdi ilə dərdlənirəm. Kərbəla hadisəsi mənim üçün sadəcə tarixi bir hadisə deyil, haqqın və insanlıq dəyərlərinin əbədi simvoludur. 2019-cu ildə o müqəddəs torpaqları ziyarət etmək mənə nəsib olsa da, hər il qəlbimdə yenidən Kərbəla və Nəcəfi ziyarət etmək arzusu yaşayır. Ümid edirəm ki, Uca Allah yenidən o müqəddəs məkanlara qovuşmağı nəsib edər və İmam Hüseyn əleyhissəlamın hüzurunda dua etməyi bir daha qismət edər. Kərbəla mənə öyrətdi ki, haqq yolunda olmaq bəzən çətin olsa da, ən böyük qələbə vicdanını, imanını və ləyaqətini qorumaqdır. Hüseyn əleyhissəlamın adı keçəndə qəlbi titrəməyən, Kərbəlanı xatırlayanda kövrəlməyən bir könül təsəvvür edə bilmirəm. Çünki Kərbəla bir tarix deyil, qəlblərdə yaşayan əbədi bir məktəbdir.
Bir zamanlar balaca bir qəlb vardı… O qəlb hələ dünyanın sərtliyini tanımırdı. Gecələr ulduzlara baxar, hər parıltıda bir arzu gizlədərdi… Bir gün o qəlb pıçıldadı: “Mənim günahım nədir ki?..” Axı o, yalnız xəyal qurmuşdu — yaz yağışı kimi saf, yaşıl yarpaq kimi ümidli… Amma arzular… Onlar səssiz-səssiz böyüdü, balaca qəlbin içində ağırlaşdı. Hər dilək bir bulud oldu, hər bulud bir damla kədərə çevrildi… Külək ona dedi: “Ey balaca qəlb, sən günahkar deyilsən… Sən sadəcə tez böyüdün arzuların içində.” Və o qəlb anladı ki, bəzi nağıllar şirin başlasa da, içində bir az yağış da daşıyır…
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Dostoyevski deyir ki,
Sırf qəlb qırmamaq, özümə yaraşanı etmək üçün cavab vermədiyim hər kəs özünü haqlı hesab edirdi.
Fernando Pessoa deyir:
Qəlb düşünə bilsəydi, atmaqdan vaz keçərdi.
Bir gün içində baş qaldıracaq üsyan və qışqırtılar indiki səssizliyin, tabeliyindir. Özünü yox sayaraq basdırdığın hər arzu xortlayacaq. Reallaşmayan xəyalların və bir qəlb dolusu lazımsız xatirələrin əlbəttə diriləcək. Çox təhlükəlidir gecikmək. Bir dəfə məruz qaldınsa bir ömrün ayağı sürüşüb gedir.
Xoşbəxtlik Əzabı
Bu gün insan psixologiyasının ən böyük paradokslarından birinə toxunmaq istəyirəm: Niyə hər şeyin qaydasında olması bəzən bizi xoşbəxt etmək əvəzinə daxilən çürüdür? İlk baxışda qəribə səslənsə də, həyatında heç bir problemi olmayan insanla, problemlər dənizində boğulan insanın daxili boşluğu bəzən eyni nöqtədə kəsişir. Maraqlıdır ki, orta dərəcəli stress və çətinliklərlə mübarizə aparanlar həyata daha bərk yapışdıqları halda, ideal şəraitdə yaşayanlar tez-tez mənasızlıq burulğanına düşürlər. Bəs nəyə görə az stress hər zaman çox xoşbəxtlik demək deyil? Psixoloqlar bildirirlər ki, stressin sıfıra yaxın olması insanın emosional sistemini süstləşdirir. Heç bir maneə ilə qarşılaşmayan zəhmət, heç bir həyəcanı olmayan qələbə insanı zamanla laqeydləşdirir. Elm dünyasında bu vəziyyət "hedonik adaptasiya" adlanır. Yəni insan əlindəki yüksək komforta o qədər alışır ki, artıq heç bir uğur ona ilkin zövqü vermir. Bu emosional kütləşmə nəticəsində daxili boşluq yaranır və insan yenidən "hiss etmək" üçün daha kəskin, bəzən isə dağıdıcı yollara əl atmağa başlayır. Bu nöqtədə kainatın əzəli prinsipi olan kontrastlar qanunu işə düşür. Acını tanımayan bir beyin üçün "şirin" sadəcə neytral bir daddır. Əgər həyatda heç bir itki, gərginlik və ya mübarizə yoxdursa, xoşbəxtlik öz rəngini itirir və bir növ xoşbəxtlik əzabına çevrilir. Bu, insanın hədəfsiz qalması, özünü realizə edəcək bir meydan tapa bilməməsi deməkdir. Çünki xoşbəxtlik bir hərəkət dinamikasıdır. Həqiqi xoşbəxtlik problemlərin yoxluğu deyil, o problemləri həll etmək bacarığımızdan doğan məmnunluq hissidir. Əslində bizə mükəmməl həyat yox, mənalı bir həyat lazımdır. Məna isə həm sevinci, həm də ağrını eyni dərəcədə qəbul etdikdə, onları bir-birini tamamlayan parçalar kimi gördükdə ortaya çıxır. Nəticə etibarilə anlamalıyıq
İnsan ve Duygular