"İnsan varlığında olan Allah onun həqiqi vicdanıdır. Bu vicdan saxta vicdanı rədd edir; qığılcımın sönməyi qadağan edir; günəşi unutmamağı şüaya əmr edir; qəlbə əmr edir ki, əsl həqiqəti bu həqiqətlə üz-üzə gələn yalançı həqiqətdən ayırsın. Bu, insanlıq çeşməsidir, qəlbin susmayan səsidir; bu, qəribə bir möcüzədir, bizim daxilimizdə olan sərvətin, bəlkə də, ən yaxşısıdır."
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Yenə də təəccüb edirəm ki, heç nəyə qadir olmayan, aciz, gərəksiz bir şeyə niyə təmtəraqlı qəlb, ruh, hiss, əzab adı qoyuruq. Əgər bütün bunlar iztirablar çəkmiş bədəni, işgəncə verilmiş cismi məhv edə bilməyəcəksə, əgər elə dəhşətlər görəndən sonra ildırım vurmuş ağac kimi qopub yerə gömülmək əvəzinə hələ nəfəs alıb yaşayacaqdırsa, bunu necə hiss etmək olar.
– İnsanları düşündür, ağıllarını işlətməyə vadar et. Öz kəllələrinə olan etimadı, güvəni geri qaytar.– Bunu necə edəsən axı?Ovcunu sinəmə qoyub dedi:–Sönmüş kəlləni qəlb hərəkətə gətirə bilər. Onların hisslərini oyat, ağlat onları, ağrını dadsınlar