Bu kitab uzaq bir kənddən Bakıya ali təhsil almağa gələn qızın bir səhvi üzündən başına gəlmiş pis hadisələrdən bəhs edir.Əsərin adını oxuyanda azacıq da olsa beynimizdə kiçicik hekayə yaranır.Amma deyim ki, kitabda bizi çox fərqli,ağlasığmaz başqa hadisələr gözləyir.Əsərin əvvəllərin oxuyanda gənc qızın(Ülkərin) sadəlövlüyü, hərkəsə çox tez inanması məni gərginləşdirsə də, əslində, buna səbəb ailəsi, xüsusilə də atası və özündən böyük qardaşlarıdır.Gənc qız ailəsindən görmədiyi sevgini,qayğıkeşliyi başqasında axtarmağa,onlara çox tez inamağa məcbur oldu.Əslində, ilk vaxtlarda başına gələn hadisəni ailəsinə danışsaydı, və valideynləri ona,öz doğma qızlarına dəstək olsaydı, bəlkə hər şey tamam fərqli ola bilərdi,bu müsibətlərin heç biri Ülkərin başına gəlməzdi.Amma valideynləri əgər onu dinləsəydi,bilirdi ki,atası onu ölümdən betər edəcəkdi, ona görə yazıq qız dərdini bölüşə bilmədi.İnsanın başına nə gəlirsə,qorxudan gəlir.Bəli,Ülkər qorxudan hər şey etdi.O gözəl,ağıllı,tərbiyəli,istedadlı qızın bu həyatı yaşaması məni çox kədərləndirdi.Və çoox təəssüf ki,bu həqiqi həyat hekayəsi idi...