Şəhrun Qasımzadə

Şəhrun Qasımzadə
20 okur puanı
Mart 2022 tarihinde katıldı
Puan vermedi·424 syf.··
2025 5. kitabı
·
45 günde okudu
·
Okunma: 11 Ekim 2025 11:16
Rövşən Abdullaoğlunun oxuduğum ikinci əsəri idi bu kitab. Bu gün oxuyub bitirdim, amma hələ də təsirindən çıxa bilmirəm. Müharibə zamanı xalqın yaşadığı çətinlikləri ,insanlara, xüsusilə qadınlara qarşı edilən zorakılığı və vicdansızlığı müəllif həqiqətən də oxucuya çatdıra bilib.Bir qadın olaraq Adriananın başına gələnlər, onun həyatı və yaşadıqları məni çox sarsıtdı. Kitabda danışılan bir çox hadisələrin reallığı isə həqiqətən də dəhşətlidir. Kitabın sonunda onu güclü və iradəli biri kimi görmək ümidverici idi.İndiyə qədər oxuduğum kitablar arasında mənə ən çox dərin təsir bağışlayanlardan biri oldu.Hərkəsə bu kitaba bir şans verməyi tövsiyə edirəm.
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,801 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·208 syf.··
2025 4. kitabı
Ağ Zambaqlar Ölkəsində Grigori Petrovun ən çox tanınan əsərlərindən biridir. Kitabda əsas mövzu cəmiyyətin inkişafı, maarifçilik və xalqın yüksəlişində təhsilin rolu üzərində qurulub. Müəllif Finlandiyanın nümunəsi üzərindən xalqların necə tərəqqi edə biləcəyini göstərməyə çalışır. Bu kitabı 3 aya ancaq oxuya bildim, çünki mənə bir az sıxıcı gəldi.Hadisələrin az olması və daim eyni mövzudan bəhs olunması oxumaq həvəsimi açığı öldürdü. Mən daha çox hadisəli və maraqlı süjetli kitabları sevdiyim üçün bu əsər mənim zövqümə uyğun olmadı. Amma cəmiyyətin inkişafı və maarif mövzusu ilə maraqlanan oxucular üçün faydalı ola bilər.
Duygu ve Düşünce
Beyaz Zambaklar ÜlkesiGrigory Petrov · Ayrıntı Yayınları · 2020124,5bin okunma
Puan vermedi·256 syf.··
2024 3. kitabı
·
81 günde okudu
·
Okunma: 20 Ekim 2024 00:12
Kitab Ömərin Macidəni gəmidə görüb , ona aşiq olması ilə başlayır.Bu iki gənc daha sonra bir-birilərini sevib,tez bir zamanda ailə qururlar. Maddi sıxıntılar, o illərdə yaranan problemlər onların həyatında ciddi dəyişikliklərə səbəb olur.Macidə bütün bunların öhdəsindən gəlməyə,hərzaman yoldaşının dəstəkçisi olmağa çalışsa da bir nöqtədən sonra Ömərlə yollarını ayırmaq qərarına gəlir və bir məktub yazaraq onu tərk etmək istəyir.Bu qərarı verməsininin səbəbi Ömərin öz deyimi ilə desək “İçindəki Şeytan “adlandırdığı bəhanələri olur.Amma əslində o şeytan sadəcə onun acizliyi,tənbəlliyi və ən əsası iradəsizliyi idi. Təbikii özlərini milliyətçi adlandırığı dostlarının təsirini də unutmaq olmaz.Kitabda bütün bu məqamlar aydın şəkildə öz əksini tapır.Yazıçı əslində “İçimizdəki Şeytanın” sadəcə səhvlərimizin üstünü örtmək üçün özümüzdən uydurduğumuz yalanlar olduğunu Ömərin həyatını qələmə alaraq bizə izah etdi. Bu səhvləri görməzdən gəlmək yerinə onları düzəltməyə çalışmalı,nəfisimizə sahib çıxmalı və həqiqətləri görməkdən heçvaxt qaçmamalıyıq.
Duygu ve Düşünce
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019208,7bin okunma
Puan vermedi·244 syf.··
2023 1. kitabı
Bir insan gözləmədiyi bir anda küçədən 1 milyonn tapır və dünyanın ən xoşbəxt adamı olacağın fikirləşir..Halbuki başına gələcəklərdən necə də xəbərsiz imiş.. İşini,mənasız yaşadığını düşündüyü o bəyənmədiyi həyatını, sevdiyi yoldaşını,2 uşağını,qürurunu qısacası herşeyini bir gecədə itirir.Tək səhvi var idi o da öz vicdani.. Sonunu bela gözləməsəm də ilk başlarda başına gələcəkləri təxmin edə bilirdim.Kitabdan nə öyrəndin? desəniz,"Nə qədər pulun olursa olsun,xoşbəxt olmağı bacarmırsansa həyatından heç vaxt həzz almayacaqsan " deyərdim.
Hayat ve İnsan
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,489 okunma
Puan vermedi·448 syf.··
2022 10. kitabı
Çox səhifəli kitabları oxumaq mənə həmişə sıxıcı,mənasız gəlib.Çünki kitabı oxuyub bitirənə qədər kitaba olan bütün həvəsimin öldüyün düşünürdüm.Amma bu kitab fikirlərimi dəyişdirdi,3 günə bitirdim.Bunun da əsas səbəbi "Görəsən Həsənin sonu necə olacaq?" sualına cavab tapmaq istəyim idi.Kitab da Əmirlə Həsənin dostluğundan,Əmirin atasının hamıya danışdığı yalandan,bəlkə də bu yalana görə Həsənlə Əmirin başına gələn hadisələrdən,Əmirin peşmançılığından,Həsənin vəfalığından, qısacası bir həyat hekayəsindən bəhs edilir.Kitabı oxuduqca kaş mənim də Həsən kimi bir dostum olsun deyirdim,onun kimi dostu üçün hərşeyi edə biləcək,bütün situasiyalarda yanında olacaq,bütün səhvlərini bağışlayacaq bir dost,qardaş tapmaq çoox çətindir.Əsərdə diqqət daha çoox Əmirə verilsə də deyərdim ki mənim diqqəti çəkən sadəcə Həsən olmuşdu.Bu kitabda da heyif ki yaxşı insanların sonu həmişəki kimi ölüm olur.Amma bu ölüm Əmirin həyatı boyu bilmədiyi sirrləri öyrənməsinə,keçmişi yeniden açıb özünə bir çıxış yolu tapmasına səbəb oldu,ona görə də Həsənin ölümünə pis olduğum qədər,Əmirin hərşeyi illər sonra öyrənməsinə də bir o qədər sevindim.Kitab mənə görə mutlu sonla bitir o qədər yaşanan hadisələrdən sonra.Hərkəsin oxuyub,sevəcəyi bir kitabdır.
Düşünce
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,1bin okunma