Müşfiq Xandan oxuduğum ilk kitab idi.
Bəzi məntiqsiz nüanslara fikir verməsək, maraqlı kitabdır.
Lakin, əsərdə böyük yanlışlar çox idi. Məsələn baş qəhrəman Tomar Bəşirli eyniylə Elxan Elatlının yaratdığı Qanbay Qasımlı personajı idi.
Daha bir yanlış isə, hər zaman bizim təhlükəsizliyimizi qoruyan, ölkədə cinayətin az olmasının səbəbi, Azərbaycan polisinin hər fürsətdə işini yanlış gördüyünə görə yazıçı tərəfindən zəif göstərilirməsi idi.
Məncə, əsərin adı da yanlış seçilmişdi. Sevginin ünvanı mütləq olur. Ünvansız sevgi deyə bir anlayış ola bilməz. Bunu sübut etmək üçün uzun, mürəkkəb cümlələrə ehtiyac yoxdur.
Bunların hamısı ola biləcək səhvlər idi. Ən bağışlanmazı isə, yazıçının gənclər haqqında fikirləridir. Bu fikirlər əsərin doqquzuncu hissəsində yer alır. Bəzi nüanslarla mən də razıyam amma fikirlərinizi əksər gənc üçün bildirirsinizsə bu böyük yanlışdır. Müşfiq bəy, körpələrin doxsan faizini "vicdansız" adlandırmağın özü sözün həqiqi mənasında vicdansızlıqdır.
Müşfiq Xanın qələmindən birdə oxumağı düşünmürəm.