Gəncliyi saralıb xəzəl olanda,
Küləyə çevrilib əsər qadınlar.
Özü taleyindən gözəl olanda,
Birinci özündən küsər qadınlar.
Ömründə bir dəfə xoş gün dadmayıb
Gündüzlər gülməyib, gecə yatmayıb
Günahkar dillərə gücü çatmayıb
Günahsız saçını kəsər qadınlar
#rəvanmammadlı