XXI əsrin beşliyi
Puan vermedi·768 syf.··
Beğendi
·
2026 16. kitabı
·
9 günde okudu
·
Okunma: 09 Şubat 2026 12:10
"Nəfəs" - bu beş kitabın cəmi, ədəbiyatımıza yad olmayan "Xəmsə" xüsusiyyətini XII əsrdə Nizami Gəncəvi gətirmişdisə, XXI əsrdə də bir növ Ramiz Rövşənlə də davam etməsi onu göstərir ki, ədəbiyyat bir xalqın kökündən gəlirsə, arada keçən boşluqlar ədəbiyyatın nəfəsini dərdiyi, yorğunluğunu çıxdığı, ona yeni bir Nəfəs gətirəcəyi vaxtlardır... Bir sıra sahələrdə olduğu kimi ədəbiyyatımızda da ölümündən sonra dəyərlənənlər, yüz il sonra qiymət verilənlər, hətta onun dəyərinin bilinməsi üçün yaşadığı dövrdən bir əsr keçməlidi deyənlər o qədərdir ki.. Bu fikri də zamanla əkib-becərəcəklər düşüncəmizdə, amma yox, icazə verməyin. Cabir Novruz demiş, "yaxşılara yaxşı deyin sağlığında...", gecikməyin. Ramiz Rövşən Azərbaycan ədəbiyyatının nə yaxşı ki, bizimlə bir dövrdə yaşayan canlı ədəbi nümunəsi, nadir nümayəndəsidir. Min illərdir ayağı yerə bərkimiş sözlərə qanad verib göylərə qaldıran şair. Şair də deyirəm, amma nasirliyi də şairliyindən geri qalmayan şair. Şeir misralarını bir ucdan tutub, hekayəyə, povestə uzadan şair. “Kitablar kitabı”ndakı ilk üç kitabı müxtəlif vaxtlarda yazılmış şeirlər kitabıdır. Sözlərin qanad açıb bütün Yer üzünü dolaşdığı misralar. Şeirlər, nəğmələr, poemalar. Xüsusi sevdiklərimdən olan “Süd dişinin ağrısı” poemasının 1987-ci ildə lentə alınmış bədii filmi də var. Dördüncü kitab - “Hamı oğul böyütmüşdü” ümumi götürsək bir kəndin həyatından bəhs edən hekayələr"Daş" povesti. Oxuduqca elə bildim babam danışır, mən dinləyirəm; müharibə illəri, arxa cəbhə, aclıq vaxtı, evin, kəndin balaca kişiləri. Bu xatirələri onun dilindən o qədər dinləmişəm ki. Səhnənin arxa tərəfi, arxa cəbhədə baş verən ailə-məişət savaşları. Ölümün harda səni yaxalamasından asılı olaraq mənasını dəyişdiyi, ac əsgərin qoruduğu vətəndə yeyilən artıq bir
NəfəsRamiz Rövşən · Teas Press Nəşriyyatı · 2024198 okunma
Puan vermedi·288 syf.·
2025 1788. kitabı
Roman hem savaşın hem de insanın iç dünyasının çelişkilerini zarif bir sembolizmle anlatıyor. Yazar, Şam’ın harap olmuş sokaklarında dolaşan bir zürafa figürüyle, yıkımın ortasında bile güzelliğe, hayale ve yaşama tutunan bir ruhun hikayesini kuruyor. Zürafa kimi zaman bir masal kahramanı, kimi zaman da insanlığın kırık bilincine dönüşüyor. Alrez’in dili, şiirsel bir melankoliyle örülmüş; okur, her cümlede hem bir hüzün hem de derin bir direniş sezgisiyle baş başa kalıyor. Roman, politik göndermelerin ötesinde, insanın yalnızlığını, hatırlamanın acısını ve anlam arayışını büyüleyici bir atmosferde işliiyor aslında. Yazarın Rus kültürüyle harmanladığı anlatı, Şam’ın çok katmanlı kimliğine farklı bir boyut kazandırıyor. “Şam’ın Uykusuz Zürafası”, savaşın ortasında bile şiirle nefes alabilen bir roman; sessizliğin içinden gelen o uzun boyunlu varlık, adeta hem insanlığın hem de umudun boynunu göğe uzatıyor. Keyifle oku.
Şam’ın Uykusuz ZürafasıKhalil Alrez · Timaş Yayınları · 202519 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Puan vermedi
"Unudulmaz sevgi şeirləri" adlanır. Dünyanın bütün sevənləri öz duyğularını şeirlə ifadə etməyə çalışarlar. Və dünyanın bir çox sevgi şeirləri var ki, heç vaxt unudulmur. Çünki sevgilərin tarixini də, ağrısını da, sevincini də özündə yaşadır. Belə unudulmaz sevgi şeirləri Azərbaycan ədəbiyyatında da çoxdur. Bu kitabda Azərbaycan poeziyasının bir sıra tanınmış nümayəndəsinin - Musa Yaqub, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüsatəmxanlı, Salamın unudulmaz sevgi şeirləri toplanıb.
Unudulmaz Sevgi şeirləri – 9Nüsrət Kəsəmənli · Hədef Nəşrləri · 20157 okunma
7/10
Kitabda toplanan şeirlər əslində Tanrıya oxunan dualardır - dörd şairin qırx duası. Bu dualardan hansı Tanrıy çatacaq, hansı göy üzündə itib-batacaq, bunu bir Tanrı bilir. Hər halda, bu şeirlər duadır. Tanrıya yetsə də, yet-məsə də. Əziz oxucu, ruhunun qapısını döyən bu dualar səni ovudacaqmı, kədərləndirəcəkmi, bu sənin işindir. Ancaq Ruhunun qapısını taybatay aç bu dualara, Tanrıya gedən yolun qısaldı bəlkə...
Dörd Şair, Qırx DuaRamiz Rövşən · Xan Nəşriyyatı · 201513 okunma
Puan vermedi
"Biz zaman-zaman elə cəmiyyətdə yaşadıq ki, insana nəsə elədiyinə görə yox, nəsə eləmədiyinə görə qiymət verildi... Adama qiymət vermək o qədər də asan deyil. Elə məqam yetişə bilər ki, yaxşının pis, pisin yaxşı cəhəti üzə çıxar. Bəlkə yaxşı və pis adam yox, yaxşı Və pis zaman var. Yaxşı zamanda yaxşı adam olmaq asandı, pis zamanda yaxşı adam olmaq çətindi. Pis vaxt insandakı naqis cəhətlərə yol açır. Hətta belə məqamda yaxşı adamın da pis keyfiyyəti qabarır. Necə adam olduğumu deyə bilmərəm, onu bilirəm ki, mən zamandan aslı deyiləm, dəyişməz və ardıcılam..."
Gedək Biz Olmayan YerəRamiz Rövşən · Çıraq Nəşriyyatı · 200620 okunma
7/10
"Şeirlər yazılmır, yaşanır" deyirlər. Cavanlıq illərindən bu günəcən yazdığım və indiyə qədər heç bir kitabımda çap olunmayan bir çox şeirlərin toplandığı bu kitab, demək olar ki, mənim yaşanmış ömrümün mənzərəsidir. Cavanlıq şeirlərimin gənc oxucularımın ürəyindən xəbər verəcəyinə, yaşlı oxucularımın isə qocalıq şeirlərimdən təskinlik tapacağına inanıram. Kitabdakı dünya poeziyasından etdiyim tərcümələri oxuyanlar isə müxtəlif dövrlərdə, fərqli ölkələrdə yaşayan və ayrı-ayrı dillərdə yazan şairlərin bir-birinə ruhən necə doğma olduğunu görəcəklər. Çünki şeir təkcə dil hadisəsi deyil, həm də ruhun ifadəsidir. Kitabda 90-cı illərdə yazdığım "ölü kimdi, diri kim?!" adlı kino-pritçanı da oxuyacaqsınız.
Köhnə QorxularRamiz Rövşən · Teas Press Yayınevi · 077 okunma