Məsələn, sən güclü adam olduğunu və heç bir şeyin sənə təhlükə yaratmadığını düşünürsən. Amma belə deyil; otaqdakı əşyaların, ya da səhər səmasının təsadüfi rəngi, yaxud özü ilə birlikdə şirin xatirələri də gətirən nə vaxtsa xoşladığın bir ətir qoxusu, unutduğun bir şeirin təsadüfən xatırladığın bir beyti, yaxud da çoxdan bəri çalmadığın bir musiqi parçası, - bax, bizim həyatımız bunlardan aslıdır.
İncə və həssas təbiətli insanlarda həmişə belə olur. Bu insanlar öz güclü ehtiraslarını boğa bilmədikdə məhv olurlar. Ehtiraslar ya öldürür, ya da özləri ölür.