Əhdi-Ətiqə görə, Assuriya paytaxtı Ninevada əhali varlı həyat sürdüyündən, dindən-imandan uzaq düşübmüş; bunu görən Rəbb öz elçisi Yunisi göndərir ki, onlara xəbər versin: haqq yoluna qayıdıb tövbə etməsələr, fəlakətlə üzləşəcəklər; Yunissə sözə qulaq asmayıb bir gəmiyə oturur və Tarşişə yollanır; yarı yolda dəryada tufan qopur və gəmidəki bütpərəstlərin hər biri öz allahını köməyə çağırır - fırtına isə yatmır ki, yatmır; axırda Yunis boynuna alır ki, fəlakət onun ucbatındandır: “Rəbbin qəzəbinə tuş gəlmişəm, məni dənizə atın, hər şey düzəlsin” və gəmidəkilər onu götürüb dənizə atırlar; fırtına dərhal yatır; onda insanlar Rəbbdən qorxub tövbə etməyə başlayırlar, Rəbb də onların tövbəsini qəbul edir və Yunisi udmaq üçün böyük bir balina göndərir; beləcə, peyğəmbər üç gün- üç gecə balinanın qarnında qalır, orada tövbə edib Rəbbə yalvarandan sonra isə sağ-salamat sahilə çıxır - Əhdi-Ətiq, Yunis Peyğəmbərin Kitabı.
Bunu mən sözlə ifadə edə bilmirəm: amma heç şübhəsiz, sənə də, istənilən hər kəsə də məlumdur ki, insanın özündən kənarda da bir “mən”i mövcuddur - yoxdursa da, olmalıdır. Ömrü boyu bir yerə, bir vücuda tapınıb qalmağa məhkumamsa, onda yaranışımın mənası nə?