Hə, dörd ay; ağızda deməyə nə var ki: adi bir söz kimidir! Deməyə nə var ki: dörd ay, cəmi ikicə söz. Bu sözləri yarımca anın içində tələffüz etmək nə çətinmiş ki: dörd ay! Ancaq məkansız, zamansız bir şəraitdə vaxtın necə gec keçdiyini heç kəs təsvir edə bilməz, heç kəs ölçə bilməz, heç kəs canlandıra bilməz; nə başqası üçün, nə də özü üçün..
Öz-özünə var-gəl edirdin, fikirlərin də gah dağ gəzirdi, gah da aran, heç vaxt qərar tutub dincələ bilmirdi.. Səhərdən-axşama nəsə gözləyirdin, amma heç nə olmurdu. Bununla belə, elə hey gözləyirdin. Heç nə alınmırdı. Gözləyirdin, yenə də gözləyirdin, gözləyə-gözləyə düşünürdün, danışırdın, beynin çatlayana qədər fikirləşirdin. Heç nə alınmırdı. Təklənirdin. Tək qalırdın. Tamam tək.
..bir tutuklunun, kaçma imkânı bulunmasına rağmen kaçma niyeti olmaması, dahası asıl niyetinin hapishaneyi bir zevk sarayına dönüştürmek olması gibi. Ama kaçsa dönüştüremeyecek ve dönüştürse kaçamayacak..