Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Hilalə Fəttayeva

584 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Yaşıl Mil
Nəhayət, haqqında dəfələrlə eşitdiyim bu kitabı mən də oxudum. "Yaşıl Mil" uzun müddətdir ki, "oxuyacaqlarım siyahısı"nda idi. Qorxu yazarı kimi tanıdığım Stiven Kinqi oxumağa bununla başladım və digər əsərlərini oxumaq üçün səbirsizlənirəm Əsər Amerikada, Pol Eckom tərəfindən 1932-ci il hadisələrinin təsviri ilə başlayır. Həmin il Con Koffi, iri bədənli zənci, iki kiçik qızı təcavüz edib öldürdüyünə görə ölümə məhkum edilmişdi. Əsas hadisələr bunun üzərində cərəyan edir. Əsər 1996-cı ildə yayımlanmış, 1999-cu ildə əsasında film çəkilmişdir. Film çox bəyənilir, bununla belə mənə bir az sönük gəldi. Bəlkə ilk filmi izləsəydim, başqa cür düşünərdim Buna baxmayaraq Tom Henksi Pol Eckom rolunda görmək çox sevindirdi
Yaşıl Mil
Yaşıl MilStephen King · Qanun Nəşriyyatı · 07,9bin okunma