Rəsul Rza poeziyası ilə abituriyent zamamanlarımda, "Qızıl Gül Olmayaydı" poeması ilə tanış olmuşdum. Şairin M.Müşfiq ilə tanışlığını təsvir etdiyi o zərif cümlələr diqqətimi çəkmişdi ilk öncə. Mən həmişə diqqət etmişəm, hər hansısa bir kitabda oxuduğum cümlə həqiqətən də ruhuma toxunursa üstündən illər keçsə belə o cümlələrin yazarı ilə daha yaxından tanış olmaq imkanım yaranır. Rəsul Rza da bu sıraya daxil olan şairlərdən oldu. Şairin poeziyasını mütaliə etdikcə R.Rzanın zərif şeiriyyat aləmində səyahət etdim sanki. Ümid edirəm müasir gənclik nə vaxtsa insan ruhuna bu zərifliyin verdiyi mənəvi abuhavadan xəbərdar olacaq. Bəlkə bu gün deyil, amma əlbət bir gün ⚘