– Hərdən mənə elə gəlir ki, o günlər daha keçib getdi. Qayğısızlıq da, ümid də.. keçmişdən qalan nə var idisə, hamısı..
– Keçib getməyib, Ket. Həyat adi şey deyil. Əksinə, çox mürəkkəbdir. Nə qədər ki, nəfəsimiz var, demək, onlar da var.
– Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik.
– Ancaq siz heç xəyalların aldatdığı adama oxşamırsınız, Ravik.
– Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır.