İlk hiddət və kədər tutmalarında sonra başqaları gəlir, lakin bunlar, getdikcə zəif olurdu. Hər cür hiss təzahürü yanlız bir dəfə ən yüksək nöqtəsinə çatır. Sonrakılar isə sakitləşən tufanın əks sədası, şimşək parıltısıdır.
İnsan təbiəti, ən kiçik qıcıqlanmaya cavab verən və nadir hallarda ağla müvafiq hərəkət edən incə mexanizmdir. O, etika qaydaları və məntiq qanunlarından artıq əhval-ruhiyyə və temperamentə tabe olur.
Yucin müvəffəqiyyət və uğursuzluğun metafizik cəhətini unutmuşdu, bəlkə də, bu barədə heç nə bilmirdi. O bilmirdi ki, "insan özü barəsində nə düşünürsə, elədir ki var" və bütün dünya da onu bu cür düşünür, çünki əsas cəhət onun həqiqətdə nə cür olduğunda deyil, özünü nə cür təsəvvür etməsindədir.
Təbiətin özündə xudbinlik, riyakarlıq, dağıdıcı qüvvələr və vəfasızlıq hökm sürdüyü halda insan ölənə kimi sadiq qalacağına necə and içə bilər və sözünün üstündə necə dura bilər?