Bizim hamımızın dərdi var, kiminin az, kiminin çox, həm də bunları bir təhər həll etmək, dözmək lazımdır. Bəzi adamların başqalarından daha xoşbəxt olduğunu zənn etmək düzgün deyildir. Dərd-qüssə hamıya çatır.
Özündən çıxmamalı, boş şeylər üçün səs-küy qaldırmamalı, sentimentlər düzəltməməlisən, qüvvəli olmalı, özünü heç nədə unutmamalısan – Lester Keynin həyat fəlsəfəsi belə idi.
Həyatda onun üçün mübahisəsiz bir şey yox idi. O heç bir müddəanı qəti və dəyişməz olaraq qəbul etməmişdi, yanlız bir şeyə inanırdı ki, ləyaqətli insan olmaq lazımdır. Qalan məsələlərin hamısında o şübhələnir, soruşur, təxirə salır, onu düşündürən problemləri həll etməyi zamanın və kainatı hərəkət etdirən gizli qüvvələrin öhdəsinə buraxırdı.