Təbiət heç kəsi rədd etmir. Mühit, yaxud cəmiyyət bizdən üz döndərirsə, yenə də bütün mövcud olanlarla dostluqda qalırıq. Təbiət–alicənabdır. Külək və ulduzlar sənin dostlarındır.
Özünüzü ucuz qiymətləndirin – o zaman sizə etinasız yanaşacaq, sizi saymayacaq, ayaqlar altında tapdalayacaqlar. Xidmətinizə görə olmasa da, özünüzü yüksək qiymətləndirin, – o zaman sizə hörmət edəcəklər.
Həyatımızda baş verən xarici və daxili dəyişikliyin əhəmiyyəti bəzən bizə dərhal aydın olmur. Biz sarsılırıq, qorxuruq, sonra sanki yenə əvvəlki həyat tərzinə qayıdırıq, dəyişiklik isə artıq baş vermişdir. Biz daha heç yerdə və heç vaxt əvvəlki kimi olmayacağıq.