İnsanın özündən kənarda da bir "mən"i mövcuddur - yoxdursa da, olmalıdır. Ömür boyu bir yerdə, bir vücudda qalmağa məhkumamsa, onda yaranışımın mənası nədir?
Bütün bunlardan sonra qızcığaz əvvəllər ağlayıb özünü öldürərdi, fəqət davamlı rəddetmələr-üzçevirmələr zaman-zaman onu bərkitdi, qəlbini daşa döndərdi və artıq mən ona deyəndə ki, bütün qəbahətlərinə görə təəssüfünü bildirsin, gedib üzr istəsin, bağışlanmağını diləsin - qəşş eləyib gülürdü.