Sevginin qədrini bu əsrdə hər kəs bilməz,
Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.
Kim ki, qəlbilə sənə bağlı deyildirsə, könül.
Gecə-gündüz başı üstündə onun, əs, bilməz.
Eşqi əyləncə bilən nazlı gözəllər var ki,
"Sevirəm" söylə, bütün aləmə sal səs, bilməz,
Deyirəm, sevgili cananıma bu can qurban,
Canı qurban deməyən eşqi müqəddəs bilməz.
Rüstəmin onda ki canan görünür gözlərinə,
İmtahançın sən onun barmağını kəs, bilməz!