Spoiler var.)
9/10
·612 syf.·
2023 34. kitabı
Ötən əsrin 50-ci illərində yazılan roman həqiqi həyat hadisələrinə dayanır. Dövr üçün yazıçılar fərqli bölgələrə gedib, getdiyi bölgədəki kolxo işləri ilə maraqlanır ,yeri gələndə özləri də bu işlərə əl qatırdılar. Bu roman da onlardan birisidir. Düzdür, hadisələrin gedişi bir az sıxıcı olsa da, ideyasına görə oxumağa dəyər. Xüsusilə Rüstəm kişi obrazı çoxumuza tanışdır. Düzdür, insan olaraq tanımırıq, amma daxilimizdən gələn hisslərin reallıqla təcəssümü bizə tanıtdırıb. Rüstəm kişi kolxoza elə vaxt gəlir ki, hər şey ən dibə enmiş vəziyyətdədir: plan tamalanmır, borcları var, məhsuldarlıq aşağı səviyyədədir və s. Lakin Rüstəm kişi 15 il müddətində dirçəliş edir. Vicdanlı çalışır, haram tikə yemir, xalqın səsinə qulaq asır. Lakin zaman yanlış çevrə ilə Rüstəm kişiyə mənfi təsir edir. Şərəfli insanlardan uzaq düşür. Yarməmməd, Yastı Salman, Lal Hüseyn kimi insanları şərəfli, dürüst bilmək ona baha başa gəlir. Yastı Salmanı müavin təyin edir. O da öz növbəsində yeyinti, Rüstəm kişinin gəlninə pis gözlə baxması və ən sonda Rüstəm kişiyi birləşib döyməkləri ilə vaxtında xalaqın yanlış insanlara arxalandığını ona göstərir. Tək Yastı Salman deyil, elə Yarməmməd də əlinə fürsət düşdükcə Rüstəm kiçidən adsız şikayət məktubları yazır. Güvəndiyi insanlar ona hər fürsətdə bir quyu qazırlar. Onunsa günahı tərifləri eşidib yerində qalması, hərəkət etmək yerinə əvvəlcədən etdikləri ilə qürrələnməsi, yanlış insanlardan dayaq düzəltməyidir. Elə sonda da- özü xəstəxanada olanda xalqın onun istəyini həyata keçirib mədəniyyət evini bayramda açması da bir daha göstərir ki, başçı üçün, rəhbər üçün və istənilən vətəndaş üçün ən böyük dayaq da məhz xalqdır. Digər planda isə ailə-məişət məsələləri verilib. Qaraşın sevib özü ilə gətirdiyi Mayaya Salmanın bacısı Naznazla xəyanət etməsi, bu
Böyük DayaqMirzə İbrahimov · Azərbaycan Dövlət Nəşriyyatı · 196061 okunma
Orhan Pamuk "Kırmızı saçlı kadın"
7/10
·211 syf.·
2021 6. kitabı
Orhan Pamukun qələmi ilə ilk tanışlığım "Kırmızı saçlı kadın" əsəri ilə oldu. Universitetdə dərsin imtahanı üçün bu kitabı oxumalı olduğumdan oxudum. Kitab haqqında isə nisbətən qarışıq fikirlərdə olduğumu deyə bilərəm. Hər şeydən əvvəl əsərdəki iki mifolojik hekayə - yəni qərb mifologiyasından Sophoklesin "Kral Oudipius" (atanı öldürmək) və şərq mifologiyasında Firdevsin "Rüstəm və Sührab" (oğlu öldürmək) əsərlərinin faydalanılması və hadisələrin bir birini əvəz etdiyi sətrlərdə bu əfsanələrin sujet xəttini müəyyən etməsini çox bəyəndim. Obrazların bu əfsanələrlə olan bağlantısı ustalıqla işlənib. Cem və Oudipius , Mahmut usta və Oudipiusun atası və s. Digər obrazların əfsanələrlə olan bağlantısını çox bəyəndim. Bundan əlavə cəmiyyətin daxildə yaranan və gizlədilmək istənən problemlərinə işıq tutub bunu göstərməsi , psixalogiyanın dərinliklərinə varmağa ədəbiyyatla sintezli bir şəkildə cəhd edərək ata-oğul arasındaki münasibətləri , düşünülməyən hissələri düşünməsi , insanın harada olursa olsun öz vicdanından qaçamaması həqiqətini xatırlatması və ən əsası mənə görə insanın öz taleyindən qaça bilməməsini göstərməsi ilə dəyərli bir əsərdir.Oxumağa dəyər. Lakin obrazımızın mifolojik əsərlərin üzərində dəfələrlə get gəl etməsini bəyənmədim.Düşünürəm ki Pamuk oxucusuna təsəvvür edilməz bir son hazırlamaq istəyərkən öz əlləri ilə bu sonu təxmin edilən edib bu səbəbdən kitabın sonu təsəvvür etdiyim kimi bitdi. Qeyd etdiyim kimi diqqətli bir oxucu kitabdan çox şey öyrənər lakin sonunu təxmin edəcəyindən xəyal qırıqlığına məruz qala bilər.
Edebiyat
Kırmızı Saçlı KadınOrhan Pamuk · Yapı Kredi Yayınları · 202462,2bin okunma