Səadət nədir? Bütün bədbəxtliklərin sona yetdiyi nöqtə.
Allah bir dəfə peyğəmbərləri çağırıb onlardan xəbər alır: "Səadət nədir?" Hərəsi öz bildiyi kimi cavab verir. Musa söyləyir: "Bir üzünə şillə vursalar, o biri üzünü çevirməkdir". Budda deyir: "Həyatda heç nə arzulamamaq". Bizim Məhəmmədə növbə çatanda: "Səadət - deyib - həyatı olduğu kimi qəbul etməkdir".
Sayfa 156 - AzərnəşrKitabı okudu
Reklam
"Qəribə xisləti var insanın. Ömrü boyu axtarışda, soraqda olur. Xoşbəxtlik, səadət gəzir. Amma heç bilmir də o nədir, nə ölçüdə, nə biçimdədir. Böyükdürmü, kiçikdirmi? Qalındırmı, nazikdirmi? Rəngi nədir, dadı necədir? Bugünündən, adi qayğılarla yüklənmiş real yaşantılarından qopub fikrən, ruhən gələcəyə, ilğımlara, illüziyalara köklənir. Və bir gün də həyat yolunun son döngəsini dönəndə əliboş halda, axtardığını tapmadığını duyaraq qəflət yuxusundan ayılır. Başa düşür ki, xoşbəxtlik deyə axtardığı o nəsnə elə o adi bilib, dəyər vermədiyi ağrı-acısız günləri imiş. Bədbəxt olmayan nə varsa, bax elə onlar imiş xoşbəxtlik."   
SƏN BAĞIŞLADIN
Bəstəkar: Emin Sabitoğlu Mənə üfüq boyda geniş səmanı, göydə buludları, yerdə dumanı, dənizdə dalğanı sən bağışladın, bu hüsnü-mənanı sən bağışladın. Uzanan yolların dümağ sətrini, dünyanın ən gözəl çəmən ətrini qumlu sahillərdə sən bağışladın, o zərif əllərdə sən bağışladın. De, nədir səadət həyatda, gülüm, bir könül xoşluğu, bir az təbəssüm. Onu da, bunu da sən bağışladın, dünyanı dünyada sən bağışladın. 1978
İşıqlı dünyanın qaranlıq üzü Azerice
İşıqlı dünyanın qaranlıq üzü Dünyaya gələndə vardı səbəbi? Yaşaya bilmədi məqsəd gətirdi. Düşünür nə etsəm daha gərəkli. Seçdiyim məni də etsin önəmli. Məni tanısın yerin hər kəsi.
Dialoq Azerice
Dialoq Necə aydın müşahidə aparaq? Olanları bir-birindən ayıraq. Doğru,yalnış necə rahat tanıyaq? Çataq nura,yalnışlardan arınaq. Deyirlər ki,insan sirli qutudu.
Reklam
50 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.