Əgər biz qabiliyyətimizə qarşı çıxan hər şeylə mübarizə aparmayacağıqsa, özümüzə olan bütün hörməti itirmək riskilə üz üzə qalar və istedadımızı beşikdəcə boğa bilərik.
Əgər təfəkkürünüzü yalnız özünüz üçün pul qazanmağa yönəltsəniz, çətinliyə çatmaq çətin başa gələcək. Əgər siz dürüst deyilsinizsə, tamahkarsınızsa və insanların ödədiklərinin qarşılığında daha az verirsinizsə, yenə də varlı olmaq fikrindən daşının. Hərçənd, bu yollar zənginliyə gətirib çıxara bilər, amma bunun qarşılığında çox şeydən keçməli olacaqsınız. Yox, əgər biznesinizi ilk növbədə mümkün qədər çox insanın xidmətinə yönəldəcəksinizsə və onların həyatını azacıq da olsa yüngülləşdirməyi düşünürsünüzsə, onda həm böyük sərvət sahibi olacaqsınız, həm də özünüzü xoşbəxt hiss edəcəksiniz.