Qarşılıqlı sevgi gözəldir, bəli. Ancaq etiraf edək ki, qarşılıqsız sevginin də özünəməxsus üstünlükləri var, - Breydi zarafata salmaq istədi. - Aldanmırsan, sevgisindən, sənə qarşı hisslərinin azalıb - azalmamasından şəkkə düşmürsən. Çünki artıq əminsən. Əminsən ki, sevilmirsən. Bəlkə, elə ən rahatı da budur, Erin. Onun bir gün səni tərk edəcəyindən, başqa birini sevəcəyindən qorxub yersiz panikaya düşmürsən.