Bir neçə saniyə əvvəl qulaqlığımda nə səsləndiyini də bilmirdim. Fikrim musiqidə deyildi. Özümü ətrafdakı səslərdən təcrid etmək, yaşadığım qorxunc reallıqdan az da olsa qopmaq istəyirdim.
"Gəlib-gedənlərin də ardı-arası kəsilmir" - dedim - "İllərdir üzünü görmədiyin qohumlar, dostlar yaxınını itirdiyin gün sanki çoxdandır yanındaymışlar. Bu saxtakarlıq nəyə lazımdır axı?!"
Yatağa uzanıb boş-boş tavana baxdım. Beynimin içindəki fikir fırtınasını bir neçə saniyəlik də olsa dayandırmaq üçün çox çalışdım, amma faydası olmadı. Səssizlik üçün darıxmışdım. Hissiz olmağa çox ehtiyacım vardı.