"Qulağımda qulaqlıq vardı, başımı musiqiyə tərpətmişəm yəqin..."
"Sənə nəsə dediyimi görmədin?"
"Gördüm, düşündüm, elə də vacib söz deyil".
"Yola verdin məni?"
Kamal heç nə demədi. İmran stəkanları kənara itələdi: "Qocalanda Allah məni sənə möhtac qoymasın!" - deyib telefonu götürdü.
Keçən həftə oğlumun 19 yaşı tamam oldu. Qeyd etmək üçün ikimiz restorana getdik. Yeməkdən sonra ona kiçik bir tort sifariş verdim. Birdən öskürməyə başladı. Boğuldu. Rəngi gömgõy oldu. Ayağa qalxdım. Maşına aparanda məndən tortun içində fındıq olub-olmadığını soruşdu. Sən demə, fındığa allergiyası varmış. Mən bunu bilmirdim. Təsəvvür edirsiniz? Bu hadisə mənə böyük dərs oldu. Oğluma layiq ata olmaq üçün zamana ehtiyacım var.