Artıq Xədicənin kiminsə qayğısı üçün yalvaracağı günlər geridə qalmışdı. Fərhadı sevmək uçurumun kənarında gəzmək kimi bir şey idi. Amma Xədicə uçurumdan aşağı yuvarlanmışdı. Üstəlik Fərhad ona kömək etməmiş, sadəcə uçurumun kənarından seyr eləmişdi.
Gülümsəyərək: “İçkini tərgidəcəkdin" -dedi - "Söz vermişdin".
"Tutmadığımız sözlərin yanına bunu da əlavə elə" - Xədicə qədəhi yenidən götürüb qalan içkini başına çəkdi.
Fərhad onunla üz-üzə əyləşib "Dəyişilmisən" dedi.
"Qocalırıq" - gülümsədi Xədicə.
Başımı sükana söykəyib bir neçə saniyə ürək döyüntülərimin sakitləşməsini gözlədim. Sonra evə gedib başıma gələnləri anama danışmaq üçün maşını işə saldım. Birdən duruxdum. Evdə məni gözləyən anam yox idi artıq.
Maşını evə deyil, qəbiristanlığa sürdüm.