İnsanlar üçün bir həqiqət var idi. Əgər ölmüsənsə, deməli, haqsızlığa uğrayan sənsən. Mənim ölümdən dönməyim keçərli səbəb deyildi. Ola da bilməzdi. Axı ölməmişdim.
Səni bir də görməməyi arzulayırdım. Səni yadımdan çıxarmağa çalışıram. Güvəndiyim bir insanı bu vaxta qədər tanımamağım, digər insanlara inamımı da zədələdi. Necə qurtulacağımı bilmirəm.
"Hər gecənin bir səhəri olacağına dair bizə heç kəs söz vermir. Ona görə hər gözümü yumanda səninlə vidalaşırmışam kimi bir qorxu yaranır içimdə. Sonuncu dəfə nə vaxt gözümü yumacağımı, ya da sonuncu dəfə hansı səhərə oyanacağımı bilmirəm, amma hər ikisində də sənin mənim yanımda olmağını istəyirəm" cümlələri ilə bitirdi məktub.